Icma.az
close
up
RU
Deputat: Azərbaycan sülh və humanizm ideyalarını təşviq edən ölkə kimi mövqeyini daha da gücləndirir

Deputat: Azərbaycan sülh və humanizm ideyalarını təşviq edən ölkə kimi mövqeyini daha da gücləndirir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Vatikana səfəri və Romada Müqəddəs Kommodilla katakombalarının bərpasından sonra keçirilən açılış mərasimində iştirakı yalnız mədəni hadisə deyil, bu, Azərbaycanın humanizm və qarşılıqlı hörmət dəyərlərinə əsaslanan mədəni diplomatiyasının parlaq nümunəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, Heydər Əliyev Fondunun ölkəmizdən kənarda tarixi və dini abidələrin bərpasına verdiyi dəstək Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu təşəbbüslər bir daha göstərir ki, mədəni irsə hörmət milli və dini sərhədləri aşan ümumbəşəri dəyərdir. Bu, təkcə tarixi abidələrin qorunması deyil, həm də xalqlar arasında etimadın formalaşması prosesidir. Birinci vitse-prezidentin Müqəddəs Kommodilla katakombalarının açılışında iştirakı da məhz bu mənanı daşıyır. Azərbaycan göstərir ki, mədəni əməkdaşlıq dinlər və sivilizasiyalar arasında dialoqun körpüsünə çevrilə bilər.

Qlobal siyasi gərginliklərin artdığı, qarşıdurma meyllərinin gücləndiyi bir dövrdə mədəni diplomatiya beynəlxalq münasibətlərin mühüm alətinə çevrilib. Azərbaycan bu aləti, sadəcə, imic siyasətinin elementi kimi deyil, etimadın və qarşılıqlı anlayışın qurulması vasitəsi kimi istifadə edir.

Milli Məclisin deputatının sözlərinə görə, belə təşəbbüslər ölkəmizi tolerantlıq, multikulturalizm və dinlərarası harmoniyanın simvoluna çevirir. Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana səfəri də Prezident İlham Əliyevin xarici siyasət kursunun məntiqi davamıdır - Azərbaycanın mövqelərini təkcə siyasət, enerji və infrastruktur layihələri ilə deyil, həm də mənəvi və humanitar dəyərlərlə möhkəmləndirmək. Azərbaycan İslam, xristian və yəhudi dinlərinin nümayəndələrinin əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşadığı nadir ölkələrdən biridir. Bu təcrübə Azərbaycanın Vatikanla əməkdaşlığında mühüm üstünlüyə çevrilib. Hər iki tərəf mədəni və dini irsin qorunmasını insanlıq üçün ortaq məsuliyyət kimi dəyərləndirir, dialoqu parçalanma deyil, birləşmə vasitəsi kimi görür.

“Mehriban xanım Əliyevanın Vatikana səfəri Azərbaycanın mədəni diplomatiyasının yetkinliyini nümayiş etdirir. Bu səfər təkcə diplomatik hadisə deyil, sivilizasiyalararası dialoqun, mənəvi dəyərlərin və qarşılıqlı hörmətin təntənəsidir. Azərbaycan bu cür təşəbbüslərlə dünyada körpülər quran, sülh və humanizm ideyalarını təşviq edən ölkə kimi mövqeyini daha da gücləndirir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri