Icma.az
close
up
RU
Deputat: “Birləşəndən sonra Vyetnama səfər edən ilk yüksəksəviyyəli şəxs Heydər Əlieyev idi”

Deputat: “Birləşəndən sonra Vyetnama səfər edən ilk yüksəksəviyyəli şəxs Heydər Əlieyev idi”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Bu gün Azərbaycanla Vyetnam arasındakı münasibətlər uğurla inkişaf etməkdədir”. 

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, iki ölkə arasındakı münasibətlər yarım əsrlik tarixə malikdir: 

“Azərbaycan- Vyetnam münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri olub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. Həmin dönəm Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. 1983-cü ildə isə Ulu Öndər Vyetnama səfər edib. 

Hər iki səfər ölkələrimiz arasındakı münasibətlərin və əməkdaşlığın təməlini qoyub. Üstəlik, bu səfərin çox böyük əhəmiyyəti var idi. Belə ki, Vyetnamın birləşməsindən sonra ora səfər edən ilk yüksəksəviyyəli dövlət rəsmisi məhz Heydər Əlieyev idi. Bu isə Vyetnam üçün böyük jest və dəstək kimi xarakterizə olunurdu. 

Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra da bu ənənə davam edib. Qarşılıqlı səfərlər tərəflər arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etməsinə ciddi təkan verib”. 

Millət vəkili qeyd edib ki, son illərdə Azərbaycanla Vyetnam arasında ticarət, iqtisadi, sənaye, elmi, texniki və çox sayda sektorda ikitərəfli əməkdaşlıq sürətlə inkişaf edir: 

“Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının yaradılması da olduqca mühüm addımdır. Bu sayədə iki ölkə arasındakı birgə layihələr həyata keçirilə biləcək. Həmçinin, ölkələrimiz arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupları da uğurla fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan və Vyetnam Qoşulmama Hərəkatı, Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi beynəlxalq qurumlar çərçivəsində də yüksək səviyyədə əməkdaşlıq edir. 

Onu da xüsusi vurğulamaq lazımdır ki, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında da möhkəm əlaqələr mövcuddur. İki partiya arasında 2023-cü ilin noyabr ayında Əməkdaşlıq Sazişi də imzalanıb. Bütün bunlar Bakı ilə Hanoy arasındakı əlaqələrin bütün sahələrdə ən yüksək səviyyədə olduğunun təzahürüdür”. 

Deputat onu da əlavə edib ki, Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üçün bütün sahələrdə çox geniş perspektivlər var: 

“Xüsusilə yaxın tarixdə ölkələrimiz arasında çoxşaxəli əməkdaşlıq formalaşdırılıb. Üstəlik, mütəmadi şəkildə yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri həyata keçirilir. Azərbaycan və Vyetnam arasındakı siyasi dialoq isə ən pik səviyyədədir. 

Nəzərə almaq lazımdır ki, tərəflər çox sahədə bir-birinin təcrübələrindən yararlana bilər. Yaxın gələcəkdə isə Azərbaycanla Vyetnam arasında təhsil, informasiya texnologiyaları, turizm, nəqliyyat, istehsalat, əməkdaşlıq layihələri, kənd təsərrüfatı və ətraf mühit kimi bir çox sahələrdə əməkdaşlıq gücləndiriləcək. Yəni, hər iki ölkə üçün bir-birilə əlaqələrini inkişaf etdirmək xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu faktorların hər biri Bakı-Hanoy münasibətlərinin daimi olaraq inkişaf edəcəyinin əyani sübutudur”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Azərbaycan Vyetnam Deputat Millət vəkili Elnarə Akimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri