Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Deputat: “Görüşdə Prezidentin dəyişməz mövqeyi və siyasi iradəsi əhəmiyyətli olacaq”

Deputat: “Görüşdə Prezidentin dəyişməz mövqeyi və siyasi iradəsi əhəmiyyətli olacaq”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah Vaşinqtonda çox əhəmiyyətli görüş keçiriləcək”. 

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilməsi gözlənilən görüş barədə danışarkən deyib. O bildirib ki, bu görüş ərəfəsində gözləntilər müxtəlifdir: 

“Bu görüş Cənubi Qafqaz üçün çox böyük əhəmiyyət daşıyır. ABŞ Prezidentinin birbaşa vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi həm iki ölkə arasındakı münasibətlərdə, həm Cənubi Qafqazda, həm də beynəlxalq münasibətlərin tənzimlənməsində çox müsbət bir hadisə olaraq qiymətləndirilməlidir”. 

Millət vəkili qeyd edib ki, xüsusilə də sülh müqaviləsinin imzalanması prosesində bu görüş çox müstəsna önəmə sahib ola bilər: 

“Artıq hiss edilir ki, Donald Tramp Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Onun bu mövzu ətrafında dəfələrlə açıqlamalar verməsi birmənalı olaraq bunu deməyə əsas verir. Düşünürük ki, bu görüşdə də Prezident İlham Əliyevin dəyişməz mövqeyi və siyasi iradəsi çox əhəmiyyətli rol oynayacaq”. Deputat diqqətə çatdırıb ki, Ağ Evdəki görüşdən müsbət nəticələr gözlənilir: 

“Sözügedən görüşdən sonra Rusiyanın Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesindən, ümumiyyətlə Cənubi Qafqazdan kənarlaşdırıla biləcəyi barədə də suallar yaranır. 

Əslində, bu görüşün nəticəsi region və dünya ölkələri üçün də çox əhəmiyyətli ola bilər. Rusiya da bu regionun bir aktoru olaraq belə görüşlərin pozitiv nəticələnməsində maraqlı olmalıdır. Lakin əlbəttə ki, danışıqların nəticəsinə uyğun olaraq Kremlin Cənubi Qafqazdakı təsir dairəsi zəifləyə də bilər. 

Düzdür, Moskva öz mövqelərindən geri çəkilmək istəməyəcək. Çünki Rusiya uzun əsrlərdir ki, bu regionda aktiv bir oyunçudur. Bu illər ərzində Moskvanın bölgədəki ən əsas təsir aləti isə Ermənistan olub. Ancaq Ağ Evdəki danışıqlar Rusiyanın artıq prosesdə bir o qədər də həlledici rol sahibi olmaması ilə nəticələnə bilər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri