Deputat: İnsanlar hava qaralandan sonra itlərə görə böyük stress və gərginlik keçirir
Icma.az bildirir, Apa.az portalına istinadən.
“Azərbaycanda ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin olunub, amma insanlar küçəyə çıxanda itlərdən qorxur”.
APA xəbər verir ki, bunu Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev qeyd edib ki, bu gün Qərb ölkələrində böyük şəhərlərin mərkəzi küçələrindən kənara bir addım qoymaq cinayət qurbanı olmaq deməkdir: “Bəzi küçələr var ki, polislər belə axşam saatlarında hava qaralandan sonra ora girməkdən çəkinir. Bizdə isə insanlar küçəyə çıxanda, cinayətkarlardan yox, itlərdən qorxur. Xüsusilə də şəhər ətrafında hava qaralandan sonra insanlar evə gələndə itlərə görə böyük stress və gərginlik keçirirlər”.
Deputat beynəlxalq təcrübədən də söz açıb: “Ev heyvanlarının mühafizəsi haqqında Avropa Konvensiyası var. Konvensiya 1987-ci ildə qəbul olunub. Azərbaycan 2007-ci ildə həmin Konvensiya qoşulub, ratifikasiya edib. Düzdür, Nazilər Kabinetinin yaşayış məntəqələrində it, pişik və digər ev heyvanlarının saxlanması ilə bağlı təsdiq etdiyi qaydalar var, amma qanun yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 21 Yanvar 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















