Icma.az
close
up
RU
Deputat İsveçə 6:0la məğlub olan millimizə: “Qapıçı aparmamışdılar?”

Deputat İsveçə 6:0la məğlub olan millimizə: “Qapıçı aparmamışdılar?”

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ötən gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxaraq biabırçı bir nəticə ilə məğlub oldu. Qarşılaşma İsveçin 6:0 hesablı qələbəsi ilə başa çatdı. Keçirdiyi oyunlardan sonra cəmi 1 xal toplayan millimiz, təssüf ki,  D divizionuna yollanır... Halbuki AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin əzmi İsveçi 3-0 məğlub etmişdi. Hətta bu, İsveç mətbuatında geniş rezonansa səbəb olmuşdu. Amma dünənki oyun  mənə Fransa-Azərbaycan futbol oyununun ardından mərhum ulu öndər Heydər Əliyevin  o vaxtkı Azərbaycan millisinin baş məşqçisi olmuş Ağasəlim Mircavadova zəng edərək, "Ağasəlim, bəs qapıçı aparmamışdınız?" sualını xatırlatdı. Həqiqətən də, aradan uzun illər keçməsinə baxmayaraq, Azərbaycan futbolundakı dünənki mənzərə hər kəsi məyus etdi”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib. 

Deputat bildirib ki, idman hər bir dövlətin, xalqın həyatında mühüm rol oynayır: “Düşünürəm ki, hər şeydən əvvəl problemin ən ibtidaisindən başlamalıyıq. Bizə transferlər yox, yetişdirilmiş futbolçular lazımdır. Uzun illərdir, bu barədə təkliflər səsləndirirəm, uşaq futbolunun inkişafının  üzərində ciddi dayanılmasının zəruri olduğunu qeyd edirəm. Hazırda Bakı və Gəncə kimi böyük şəhərlərə nəzər salsaq, uşaqların rahat şəkildə futbol oynaya biləcəyi nə qədər az meydança olduğunu görərik. Elə deputatı olduğum Gəncə şəhəri barədə deyirəm ki, məhəllələrdəki meydançalar təmir olunub, uşaqların ixtiyarına verilməlidir, həmçinin məktəblərdə tədris olunan bədən tərbiyəsi dərs saatlarının səmərəliyi də vacibdir. İndiki dövrdə onsuz da yeni texnologiya uşaqları evə həbs edib. Bunun qarşısını alıb, uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik. Bu işdə məktəbdən tutmuş ailələrə qədər heç kim öz əməyini əsirgəməməlidir. Dünənki kimi məğlubiyyətlərin qarşısını almaq üçün gecikmədən lazımi tədbirlər görülməlidir...” 

Aytəkin Qardaşova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see301

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see173

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see130

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see123

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see121

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see118

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see118

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see118

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see117

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see116

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see116

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see116

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see115

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see115

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see115

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see113

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see113

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see112

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri