Deputat Natalya Davidoviç: Moldovanın yeni hökumətinin Azərbaycan dövləti ilə əməkdaşlığından böyük gözləntiləri var VİDEO
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kişineu, 6 noyabr, AZƏRTAC
Moldovanın yeni Parlamenti və hökuməti artıq bir müddət öncə formalaşıb. Moldova parlamentinin qarşısında böyük planları var. Öncə parlamentimiz Moldovanı Avropa İttifaqına qədər daşımalıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Moldova parlamentinin deputatı Natalya Davidoviç söyləyib.
Deputat bildirib ki, Moldovanın yeni parlamenti və hökuməti ölkənin iqtisadi inkişafı üçün işlər görməlidir. Ona görə də sözsüz ki, Moldovanın yeni hökumətinin Azərbaycan dövləti ilə əməkdaşlığından böyük gözləntiləri var.
“Hər iki ölkənin aktiv ticarət dövriyyəsi var. Bizim qarşılıqlı maraq doğuran ortaq sahələrimiz var. Sözsüz ki, Moldova hökuməti Azərbaycanla əməkdaşlığını möhkəmləndirmək istiqamətində işlərini davam etdirəcək”, - deyə Natalya Davidoviç əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 06 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















