Icma.az
close
up
RU
Deputat: Prezident aktual məsələlərlə bağlı dərin məzmunlu, düşündürücü və praqmatik yanaşma ortaya qoydu

Deputat: Prezident aktual məsələlərlə bağlı dərin məzmunlu, düşündürücü və praqmatik yanaşma ortaya qoydu

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. ADA Universitetində dünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilə toplantıların keçirilməsi artıq ənənə halını alıb”.

APA xəbər verir ki, Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forum günümüzlə səsləşir.

“Çox təqdirəlayiqdir ki, bu Forum Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində işinə başladı. Bu fakt xarici qonaqların, müxtəlif beyin mərkəzlərinin nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizminə şahid olmasına, eləcə də dövlətimiz tərəfindən həyata keçirilən möhtəşəm quruculuq işləri ilə tanış olmalarına şərait yaradır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır: “Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir. Təbii ki, bu amil ölkəmizə beynəlxalq birliyin inam və etimadının göstəricisidir”.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev Forumda qlobal aktual problemlər, yeni dünya nizamı, Cənubi Qafqaz regionunda vəziyyət, postmünaqişə dövründə baş verən proseslər və digər aktual məsələlərlə bağlı dərin məzmunlu, düşündürücü və praqmatik yanaşma ortaya qoyub: “Diqqət mərkəzində olan əsas məsələlərdən biri də Cənubi Qafqaz regionunda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Dövlət başçısının dediyi kimi, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan cənab Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur. Müharibədən sonrakı vəziyyət isə əsasən Ermənistandan asılıdır. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağda erməni separatizminin kökünü kəsib. Ancaq nəzərə alaq ki, sülh sazişi imzalanmayıb. Ona görə də, dövlətimiz potensial təhlükələri nəzərə alaraq özünü müdafiə etməyə və Ermənistanın təxribatlarına cavab verməyə hər an hazır olmalıdır. Sülh sazişinin imzalanmasına gəlincə, biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq.

Azərbaycan güclü dövlət kimi, regionda söz sahibidir və yeni düzən formalaşdırır. Eyni zamanda, Azərbaycan dünyada etibarlı tərəfdaş imicini möhkəmləndirir, dostlarının sayını davamlı olaraq artırır. Məhz bu səbəbdəndir ki, müxtəlif ölkələr arasında yaranan problemlərin həllinə Azərbaycan dost ölkə olaraq töhfələr verir. Artıq bütün dünya regionumuzda Azərbaycanla hesablaşır. Bu amil dövlətimizin gücünü göstərir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Aprel 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri