Icma.az
close
up
RU
Deputat Razi Nurullayev, xanımı və qardaşları haqda ŞOK İTTİHAMLAR ““Azstroy” şirkəti bizim pulumuzu mənimsəyib”

Deputat Razi Nurullayev, xanımı və qardaşları haqda ŞOK İTTİHAMLAR ““Azstroy” şirkəti bizim pulumuzu mənimsəyib”

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

İmişli rayon sakini Şirinov Nadir Adış oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə “Mənim və digər işçilərin pulunu verin”, - deyə “Azstroy” tikinti şirkətinin qeyri-rəsmi sahibi, deputat Razi Nurullayevə, qardaşları Hacı Hasil və Hüseynə, eləcə də deputatın həyat yoldaşı Könül xanıma müraciət edir:

“Mən, Şirinov Nadir Adış oğlu və 8 nəfər usta, 2023-cü il aprel ayında tikinti işi üçün Laçın şəhərinə getmişik. Orada evlərin tikintisi işinə baxmışıq.

Deputat Razi Nurullayevin qardaşları - Hacı Hasil, Hüseyn və həyat yoldaşı Könül xanım orada bizimlə danışıq apardılar. Biz gedəndə, orada başqa heç bir şirkət yox idi. Ustaların içindən məni briqadir seçdilər.

Biz işə başlayan vaxt heç bir texnika yox idi. Bu səbəbdən də çox əziyyətlər çəkdik, texnikanın edə biləcəyi hər işi əllərimizlə gördük.

Sonra ustalarla danışdıq, belə məsləhətləşdik ki, şirkətə gedib VÖEN açdıraq, həm maddi-məsul şəxs kimi, həm də usta kimi işimizə davam edək. Ustaların hər birinin razılığı belə də oldu.

Ofisdə Hüseyn müəllimin göstərişi ilə qaimələr yazıldı, müqavilə imzalandı.

Həmçinin, qeyd edim ki, material cəhətdən də çətinliklərlə üzləşirdik. Orada beton maşını, betonqarışdıran maşın olmayıb. Bir sözlə, texnikasız 3-4 qat əziyyət çəkmişik.

Belə çətinliklərlə 2 evi təhvil verdik. Baxış keçirdikləri zaman isə təriflər yağdırırdılar.

2024-cü ilin mart ayında mənim hesabıma 10 min manat adı ilə ilkin olaraq 9 min 200 manat pul köçürdülər. Hüseyn müəllim əvvəlcədən demişdi ki, 10 min deyilibsə, deməli, 10 min köçəcək. Amma sığorta və məşğulluq pulunu çıxandan sonra, hesabda cəmi 9 min 200 manat vəsait oldu. Həmin vəsaiti ustalar arasında bölüşdürdüm.

Qeyd edim ki, “Azstroy” tikinti şirkəti bizə 10 min manatdan əlavə, tam olaraq 15 min 750 manat ödəniş etməli idi. Qalan bütün ödənişlər və rüsumlar şirkət tərəfindən qarşılanmalı idi. Lakin sonradan məlum oldu ki, VÖEN mənim adıma olduğundan, vergiyə 7 min manat da borc yığılıb.

Bundan sonra bizə ödənilməli olan 15 min 750 manatı və 7 min manat vergi borcunu şirkətdən tələb etdik. Dəfələrlə müraciət etdikdən sonra bizə cavab verdilər ki, “evləri tam təhvil verin, sonra ödəniş olacaq”. Nəhayət, evlərin tikintisini yüksək səviyyədə başa çatdırıb, qarşı tərəfə təhvil versək də, pulumuzu hələ də ala bilmirik.

Onu da qeyd edim ki, rəsmi müqaviləmiz olsa da, hazırda vergi də bizə zəng vuraraq, 7 min manat borcunu ödənilməsini tələb edir.

Bütün bunlarla əlaqədar şəxsən Razi bəyin özünə dəfələrlə müraciət etmişəm, amma müsbət cavab ala bilməmişəm. Bildirim ki, əsas işi onun həyat yoldaşı icra edir. Amma indi ikisi də qaçıb gizlənib, bizim haqqımızı vermirlər. Hesaba köçürdükləri pulların hamısı açıq-aşkar ortadadır...

Bir deputat və onun xanımı, eləcə də qardaşları xalqı aldadırsa, belə insanlara nə demək olar?! O deputatdır, hər ay pulunu alıb xərclədiyi kimi, biz də öz haqqımızı istəyirik.

Bütün işçilər bu məsələ ilə bağlı narahatdır. İnsanlar əziyyət çəkib, çörək pulları üçün işləyiblər. Gəlib haqlı olaraq məndən pul istəyirlər. Məcbur qalıb, kreditə girərək, onların borcunun bir hissəsini vermişəm. Məsuliyyət üzərimdə qismən olub deyə, bunları edirəm. Görünür, Razi Nurullayev və ətrafının vicdanı çox rahatdır...

Mühasibatlıqdan deyirlər ki, Hüseyn və Hasil bəy gərək tapşırıq versin, biz sizin pulu vuraq. Bu qədər haqsızlıq olar?

Orada çox yeyinti, çox özbaşınalıqlar ediblər. Adi, sıradan bir vətəndaş etsəydi, çoxdan həbs olunardı. Amma Razı Nurullayev arxalarında durur deyə, heç bir qurum onları cəzalandırmır.

Mən özümün və digər işçilərin adından bir daha sizin sayt vasitəsilə Razi Nurullayevə müraciət edirəm və alın təri ilə gördüyümüz işin qarşılığını istəyirəm”.

Məlumat üçün bildirək ki, məsələ ilə bağlı dəfələrlə deputat Razi Nurullayevlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizi cavabsız qoyub. Hətta WhatsApp yazdığımızı sualları oxusa belə, cavablandırmadı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Fevral 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri