Icma.az
close
up
RU
Deputat: “Rusiya Azərbaycanın haqlı mövqeyi qarşısında geri çəkilməyə məcbur olacaq”

Deputat: “Rusiya Azərbaycanın haqlı mövqeyi qarşısında geri çəkilməyə məcbur olacaq”

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburqda yaşayan azərbaycanlılara qarşı cinayətkarcasına sərgilədiyi əməliyyat və qətllər fonunda Azərbaycan-Rusiya münasibətləri gərginləşib. Birmənalı olaraq belə bir vəziyyətin yaranmasında Rusiya rəsmilərinin, xüsusi xidmət orqanlarının, hüquq-mühafizə orqanlarının “xidməti” böyükdür. Soydaşlarımıza qarşı bu cür cinayətlər qarşılıqsız qala bilməzdi. Azərbaycan da öz mövqeyini sərt formada bildirib. “Münasibətlərin gərginliyi müharibəyə gətirib çıxara bilərmi?” sualı ortadadırsa, hesab edirəm ki, xeyr. Rusiya heç bir halda Azərbaycana qarşı müharibə cəbhəsi açmaz”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O bildirib ki, informasiya müharibəsi gedir, basqılar var: “Rusiyada yaşayan soydaşlarımıza qarşı bu cür cinayət əməlləri həyata keçirərək onların qorxudulması prosesi gedir. Azərbaycana soydaşlarımız üzərindən təzyiq etmək istəyirlər. Amma heç bir halda Rusiya Azərbaycanla müharibəyə qalxmaz. Rusiya fərqindədir ki, Azərbaycan Türkiyə ilə - qardaş dövlətimizlə Şuşa Bəyannaməsi imzalayıb və Azərbaycana dəstək verə biləcək güclər kifayət qədər çoxdur. Rusiya bu gün özünü Ukraynada elə bir bataqlığa salıb ki, təkcə Ukrayna ilə deyil, bütövlükdə, Qərb dünyasının əhəmiyyətli hissəsi ilə qarşıdurma, müharibə durumundadır. Hansı vəziyyətə düşübsə, insan resursları baxımından, iqtisadi, hərbi cəhətdən tükənmək üzrədir. Əslində, bu dövr ərzində Türkiyə və Azərbaycan Rusiya ilə normal münasibətləri saxlamaqla Rusiyaya bir nəfəslik rolunu oynayırdı. Əgər bu nəfəsliyi də qapatmaq istəyirsə, təbii ki, bu, artıq Rusiyanın öz problemidir. Bu nəfəslik qapanacaqsa, Azərbaycanla paralel olaraq Türkiyə ilə də münasibətlərini korlayacaqsa, Rusiyanın çöküşü daha da tezləşəcək. Birmənalı olaraq Rusiya bundan çox ciddi ziyanla çıxacaq. Bütün bunları ən azından göz önünə alaraq Azərbaycanla münasibətlərin müharibə həddinə gətirilib çıxarılmasına rəvac verməzlər. Hesab edirəm, bir müddət sonra Rusiya bizim haqlı mövqeyimiz qarşısında geri çəkilməyə məcbur olacaq".

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see240

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see192

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see174

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see166

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see151

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see134

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see133

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see127

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see122

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see120

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see119

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see117

Kurtlar Vadisi Pusu nun 53 yaşlı aktrisası soyundu FOTOLAR

02 İyul 2025 09:09see116

İstifadəçi məlumatlarını qanunsuz toplayan “Google” 314 milyon dollar ödəyəcək

02 İyul 2025 08:44see116

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see115

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see115

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see114

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see114

Xiaomi nin elektrik avtomobili üç dəqiqəyə 200 mindən çox sifariş aldı

02 İyul 2025 03:03see113

4 əsrin faciəsi...

02 İyul 2025 10:18see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri