Deputat: “Rusiya vətəndaşlarımıza qarşı ayrı seçkilik ilə öz maraqlarına zərbə vurur”
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Dərin tarixi köklərə və mədəni-humanitar əlaqələrə əsaslanan Rusiya–Azərbaycan münasibətlərinin gərginləşməsində Azərbaycan maraqlı deyil və bu gün hökm sürən qeyri-sabit vəziyyətə görə Bakı heç bir məsuliyyət daşımır”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
O, bildirib ki, Azərbaycan bütün dünya dövlətləri ilə, o cümlədən şimal qonşumuz Rusiya ilə sülh və əmin-amanlıq şəraitində yaşamaq, əməkdaşlıq etmək və münasibətlərini beynəlxalq hüququn ümumtanınmış prinsipləri əsasında qurmaq arzusundadır:
“Lakin görünən odur ki, dövlətimizin hərbi-siyasi zəfərlərindən qaynaqlanan gücü və imkanları, həmçinin müstəqil iradə nümayiş etdirməyə şərait yaradan siyasi və iqtisadi suverenliyi hələ də imperiya düşüncəsi ilə yaşayan bəzi qlobal gücləri narahat edir. Təəssüf ki, şimal qonşumuzda da müəyyən dairələr sülh və sabitlik üçün təhdid yaradan bu kimi zərərli ideoloji təsirlərin altında qalıb”.
Onun sözlərinə görə, Azərbaycan təyyarəsinin vurulması ilə bağlı günahın etiraf edilməməsi, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmaması, eləcə də sonrakı dövrlərdə Rusiyada yaşayan azərbaycanlıların təzyiqlərə məruz qalması, Azərbaycandan ora gedən siyasətçi və sənətçilər də daxil olmaqla vətəndaşlarımıza qarşı əsassız məhdudiyyətlərin tətbiqi məqsədli şəkildə həyata keçirilən siyasətin davamı kimi qiymətləndirilməlidir:
“Biz hesab edirik ki, Rusiya ilə münasibətlərdə mehriban qonşuluq və əməkdaşlıq hər iki tərəf üçün daha faydalıdır. Bu səbəbdən münasibətlərin ən qısa zamanda normallaşmasını arzulayır və buna inanırıq. Lakin Rusiya tərəfi istər ölkə mediasında, istərsə də sərhəd-keçid məntəqələrində Azərbaycana və vətəndaşlarımıza qarşı ayrı-seçkilik və vandalizmə əsaslanan yanaşmalarla həm ölkəmizdə bu dövlətə olan xoş münasibətə, həm də öz maraqlarına ciddi zərbə vurur.
Bu baxımdan, biz vətəndaşlarımızı Rusiyada ehtiyatlı olmağa, xüsusilə dövlət orqanları ilə münasibətlərdə diqqətli davranmağa və təxribatlara uymamağa çağırırıq”.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Deputat: “Rusiya Qafqazda öz nüfuzunu itirib”
03 İyul 2025 19:10
Braziliya Rusiya kəşfiyyatına zərbə vurur ...
21 May 2025 18:22
Rusiya münasibətlərin yaxşı olmasını istəyirsə, öz siyasətini dəyişməlidir Deputat
28 İyul 2025 14:59
CEPA: Neft Rusiya iqtisadiyyatına zərbə vurur...
20 İyun 2025 01:05
Azərbaycan hər zaman öz milli maraqlarına uyğun siyasət yeridir DEPUTAT
07 Yanvar 2025 12:01
Baxış sayı:96
Bu xəbər 30 Avqust 2025 20:41 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları