Deputat sabiq naziri hələdəyib: Bundan sonra sənin Sedat Pekerın mənəm
Icma.az, Mia.az portalına istinadən məlumat verir.
Demokrat Partiyasından istefa verən və toxunulmazlığının götürülməsi üçün Türkiyə parlamentinə müraciət edilən İstanbuldan deputat seçilmiş Cemal Enginyurt sabiq daxili işlər naziri Süleyman Soylunu hədələyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, toxunulmazlığının qaldırılması haqda müraciətin arxasında sabiq daxili işlər naziri Süleyman Soylunun dayandığını iddia edib.
Deputat deyib ki, artıq sabiq nazirin barəsində kompromat toplayır: "Süleyman Soylu, bütün çirkin əməlləriniz barədə kompromatları toplayıram. Bundan sonra tək işim sizinlə bağlı sənəd və məlumat toplamaq olacaq. Sizinlə məhkəmədə hesablaşacağıq. Bundan sonra sənin Sedat Pekerın (Bir vaxtlar Soylunu hədələyənmafiya lideri - Mia.az) mənim, Süleyman Soylu".
Demokrat Partiyasındakı qurultayda baş verənlərə etiraz olaraq istefa verən Cemal Enginyurt hazırda müstəqil deputat kimi fəaliyyət göstərir.
Samir Musayev
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 Dekabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















