Icma.az
close
up
RU
Deputatdan Avropa Parlamentinə çağırış: “Daha məsuliyyətli, ədalətli və balanslı…”

Deputatdan Avropa Parlamentinə çağırış: “Daha məsuliyyətli, ədalətli və balanslı…”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamə və yanaşmalar ciddi hüquqi və qərəzli yanlışlıqlarla zəngin olur. 

Biz bu münasibəti sadəcə tənqid yox, eyni zamanda selektiv və qeyri-obyektiv yanaşma kimi qiymətləndirməyə məcburuq.

Azərbaycan müstəqil, suveren dövlətdir və öz daxili işlərini beynəlxalq hüquq çərçivəsində tənzimləmək hüququna malikdir. Təəssüf ki, Avropa Parlamenti regionun reallıqlarını dərindən öyrənmədən, birtərəfli məlumatlara əsaslanaraq qərarlar qəbul edir. Bu isə nə dialoqa, nə də qarşılıqlı etimada xidmət edir.

Biz sual edirik, niyə eyni həssaslıq digər regionlarda baş verən daha ciddi pozuntulara münasibətdə göstərilmir? Niyə ikili standartlar tətbiq olunur? Bu yanaşma nə ədalətlidir, nə də Avropanın öz dəyərlərinə uyğundur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.Deputat qeyd edib ki, Azərbaycan hər zaman konstruktiv əməkdaşlıq tərəfdarı olub:

“Biz Avropa İttifaqı ilə enerji təhlükəsizliyi, regional sabitlik və iqtisadi inkişaf sahələrində mühüm tərəfdaşıq. Xüsusilə son illərdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu açıq şəkildə artıb. Belə bir tərəfdaşa qarşı bu cür yanaşma isə ən azı anlaşılmazdır.

Biz tənqiddən qaçmırıq. Əksinə, sağlam və əsaslandırılmış tənqid hər bir cəmiyyət üçün faydalıdır. Lakin bu tənqid obyektiv, balanslı və hörmət çərçivəsində olmalıdır. Təzyiq dili, siyasi sifariş təsiri bağışlayan qərarlar isə münasibətləri zədələyir.

Azərbaycan regionda sülhün və əməkdaşlığın tərəfdarıdır. Biz qarşıdurma yox, dialoq tərəfdarıyıq. Amma dialoq bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır.

Bu baxımdan, Avropa Parlamentini daha məsuliyyətli, daha ədalətli və daha balanslı mövqe tutmağa çağırıram. Əks halda, bu cür yanaşmalar nə münasibətlərimizi inkişaf etdirəcək, nə də regionda sabitliyə töhfə verəcək”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Açar sözlər: Avropa Parlamenti Razi Nurullayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri