Icma.az
close
up
RU
Deputatdan SOS: “1500 məktəbin bağlanması planlaşdırılır” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Deputatdan SOS: “1500 məktəbin bağlanması planlaşdırılır” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Ceyhun Məmmədov bildirib ki, 2024-cü ilin büdcəsində olduğu kimi, bu ilin büdcəsində də ötən illərdə əldə etdiyimiz uğurların davam etdirilməsi məqsədilə müdafiə və təhlükəsizlik, sərhədlərimizin qorunması, Böyük Qayıdışın sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və təhsil sahəsinə ayrılan vəsaitin artırılması xüsusi əhəmiyyət daşıyır.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, deputat qeyd edib:

"Heç şübhəsiz ki, bu gün regional və beynəlxalq müstəvidə baş verən hadisələr sözügedən sahələrə ayrılan vəsaitin artırılmasını zəruri edir. Bu, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan gücünü və qüdrətini göstərir. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir ölkəyə çevrilib.

Heç şübhəsiz ki, ötən dövr bir çox mühüm hadisələrlə, o cümlədən prezident seçkiləri və Milli Məclisə seçkilərlə yadda qaldı. Azərbaycan xalqı hər iki seçkidə fəal iştirak edərək dövlətə və dövlətçiliyə səs verdi”.

Ceyhun Məmmədov əlavə edib ki, bu gün Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclü və müstəqildir:

"Bu gün Azərbaycan bütün bu işləri öz gücünə görür. Ötən dövrün əlamətdar hadisələrindən biri də torpaqlarımızın işğaldan tam azad olunması, bütövlüyümüzün, suverenliyimizin daha da gücləndirilməsi və Böyük Qayıdışın sürətlə həyata keçirilməsidir. Bu gün bütün işğaldan azad olunmuş rayonlar kimi, Cəbrayıl da yenidən qurulur, artıq cəbrayıllılar da öz doğma yurdlarına qayıdırlar”.

Bütün bunlarla yanaşı, deputat bölgələrdə vətəndaş qəbulu və seçicilərlə görüşlər zamanı qaldırılan bir sıra məsələlərlə bağlı təklifləri səsləndirib:

"Birinci, bölgələrdə yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlərin gücləndirilməsi və bu istiqamətdə ayrılan vəsaitin daha da artırılması. Bu gün bölgələrdə ən aktual məsələlərdən biri əhalinin işlə təmin olunması məsələsidir. Qəbullar zamanı əhalinin müraciətlərinin mütləq əksəriyyəti iş və maddi dəstəklə bağlı olur. İkinci, qazlaşdırma prosesinin sürətləndirilməsi. Saatlının Nərimankəndində məcburi köçkünlər üçün tikilmiş bir qəsəbə var. Hələ də qaz təchizatı həyata keçirilməyib. İnsanlar soyuq havalarda çox ciddi əziyyət çəkirlər. Bir neçə dəfə məsələ qaldırlmasına baxmayaraq, məsələ həllini tapmayıb. Bu məsələnin həlli o qədər də böyük vəsait tələb etmir. Üçüncü, bu ilin dövlət büdcəsində təhsilə ayrılan vəsait artırılması xüsusi əhəmiyyət daşıyır. Bu öz növbəsində dövlətimizin bu sahəyə diqqət və qayğısını göstərir. Ötən dövrün əlamətdar hadisələrindən biri də Qarabağ və Azərbaycan-Türkiyə Universitetinin yaradılmasıdır. Dördüncü, məlum olduğu kimi, 2025-ci ilin dövlət büdcəsində elmə ayrılan vəsait 244 000 000 manat müəyyənləşdirilib. Digər sahələrə bu sahə ilə müqayisədə daha çox vəsait ayrılıb”.

Qeyd olunanlara istinad edən Ceyhun Məmmədov aşağıdakı təkliflərlə çıxış edib:

"1. Elmi dərəcələrə görə verilən vəsaitin artırılması. Sonuncu dəfə bu məsələyə bir neçə il öncə baxılıb. Hazırda bu məbləğ fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün 100 manatdır. Nazirliyin verdiyi məlumata əsasən, bu məsələ ilə bağlı yeni mexanizm tətbiq olunacaq. Əgər belə plan varsa, sürətləndirilməsini, yoxsa vəsaitin az da olsa artırılmasını təklif edirəm.

2. Universitetlərdə müəllimlərin maaşlarına baxılması, universitetlərin tədqiqat yönlü fəaliyyəti, maddi-texniki bazalarının gücləndirilməsi üçün ayrılan vəsaitin artırılması. Ümumilikdə universitetlərin maliyyələşmə sisteminə yenidən baxılması.

3. Yeni məktəbəqədər və orta təhsil müəssisələrinin inşası. Əksər ərazilərdə ciddi sıxlıq var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır. Düşünürəm ki, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 26 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri