Deputatlar Dağıstan Respublikası Xalq Məclisinin yubiley tədbirlərində iştirak edəcəklər
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclis sədrinin müavini Musa Qasımlı və deputat Azər Badamov Rusiya Fedrasiyasının Dağıstan Respublikası Xalq Məclisinin 30 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 17-də Mahaçqala şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin deputatları “Parlamentlərarası əməkdaşlıq: qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, regionlararası və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi amili” mövzusunda konfransda və Xalq Məclisinin 30 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edəcək, bu yubileyə həsr olunmuş fotosərgiyə baxacaq və bir sıra digər mədəni tədbirlərə qatılacaqlar.
Deputatların səfəri aprelin 20-də başa çatacaqdır.
Süleyman

Spiker Dağıstan Respublikası Xalq Məclisinin sədri ilə görüşdü
23 Dekabr 2024 17:51
Dağıstan Xalq Məclisinin sədri Azərbaycanda səfərdədir
23 Dekabr 2024 17:34
Azərbaycan və Rusiyanın Dağıstan Respublikası bağçılıq sahəsində layihələr həyata keçirəcək
26 Noyabr 2024 16:59
Azərbaycan və Rusiyanın Dağıstan Respublikası bağçılıq sahəsində layihələr həyata keçirəcək AZƏRTAC
26 Noyabr 2024 12:59
Sahibə Qafarova Dağıstan Xalq Məclisi sədrini qəbul edib
23 Dekabr 2024 20:51

