Icma.az
close
up
RU
Dərbənddə Dağıstan və Azərbaycan veteranlarının birgə forumu keçirilib

Dərbənddə Dağıstan və Azərbaycan veteranlarının birgə forumu keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 aprel, AZƏRTAC

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan Dağıstan və Azərbaycan veteranlarının birgə forumunda iştirak edib.

AZƏRTAC xəbər verir ki, Dərbənddə keçirilən forumun əsas məqsədi Dağıstan və Azərbaycan respublikalarının veteranları və xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, İkinci Dünya müharibəsində xalqlarımızın şücaətinin genetik yaddaşda qorunması, gənc nəslin hərbi-vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsindən ibarət olub.

Forumda çıxış edən polkovnik Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlar haqqında danışıb, general Həzi Aslanovun, partizan hərəkatının görkəmli nümayəndəsi, kəşfiyyatçı Mehdi Hüseynzadənin və digər qəhrəmanların həyat və döyüş yolunun müasir gənclər üçün örnək olduğunu bildirib.

Təşkilat sədri qeyd edib ki, Bakı nefti faşizm üzərində qələbəni təmin edilməsində həlledici rol oynamışdır. O, 44 günlük Vətən müharibəsində xalqımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizminə qarşı apardığı mübarizədən də bəhs edib, apardığımız haqq savaşında ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edildiyini bildirib.

Forumda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri polkovnik Samir Musayev, Nərimanov Rayon Veteranlar Təşkilatının sədr müavini polkovnik Süleyman Əlibəyov da iştirak ediblər.

Qeyd edək ki, forumun təşkilatçısı Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri