Dərinizdə belə ləkələr varsa... ŞƏKƏRLİ DİABETin gizli simptomları FOTO
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2-ci tip şəkərli diabet uzun müddət ərzində gizli inkişaf edə bilir.
Bu çox təhlükəlidir - şəkərin daim yüksək səviyyədə olması orqanizmdə müxtəlif pozulmaların yaranması, sinirlər, damarların zədələnməsinə səbəb olur. Məhz bu səbəbdən diabeti vaxtında aşkar etmək və qanda şəkərin səviyyəsini tənzimləmək çox vacibdir.
Diabetin klassik simptomları var: keçməyən susuzluq hissi, yorğunluq, sidik ifrazının artması. Lakin bu simptomlardan əlavə dəridə əmələ gələn bəzi dəyişikliklər də diabetin gizli inkişafına işarə edir.
Saglamolun.az bildirir ki, söhbət dərinin üzərində “qara akantoz”un yaranmasından gedir. Bu zaman dərinin müxtəlif yerlərində, xüsusilə boyun, qoltuğaltı, qasıq büküşlərində dəri qaralır və “məxmər” kimi olur. Həmçinin belə ləkələr qaşına və ya iy verə bilir. Sizdə bu simptomlar varsa, vaxt itirmədən endokrinoloqa müraciət edin.
Mütəxəssislər qeyd edirlər ki, şəkərli diabetin erkən diaqnostikası çox vacibdir. Qanda şəkərin səviyyəsinin daim yüksək olması insanda ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riskini kəskin artırır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 16 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















