Icma.az
close
up
RU
“Dərmanlar bahalaşıb” İqtisadçıdan iddia

“Dərmanlar bahalaşıb” İqtisadçıdan iddia

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


“2025-ci ilin yanvar-noyabr aylarında apteklərdə 1 milyard 424.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Real” partiyasının sədri, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədəki səhifəsində yazıb.
İqtisadçı qeyd edib ki, satış həcmi satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24.3% artıb: “Yəni, 2025-ci ilin ilk 11 ayında, keçən ilin eyni dövrünə görə vətəndaşlar dərmanlara, 300 milyon manat daha çox xərcləyiblər.
Yaxşı, 25%-ə yaxın artım orqanik deyil, deməli, dərmanların həcmi yox, qiyməti kəskin artıb. Dərman qiymətlərinin hər il artmasının əsas səbəbi hökumətin təsis etdiyi Tarif Şurasının mənasız, məzmunsuz, ziyanlı tənzimləmə siyasətidir. Dərman sahəsində qiymətlərin tənzimləməsi Tarif Şurasına tapşırılan gündən bu günə, ölkədə qiymətlər artır, dərmanların keyfiyyəti isə sürətlə düşür. Çünki, Tarif Şurasının yanaşması ancaq inhisarçılara xeyir verən, xalqı heçə sayan, qiymətləri qaldıran, keyfiyyəti aşağı salan yanaşma və metodologiyadır”.
N.Cəfərli bildirib ki, bu iş Tarif Şurasına tapşırılandan sonra ölkədə 200-dən çox dərman gətirib-satan şirkət bağlanıb, rəqabət məhv olub, ancaq bəzi məmurlara, deputatlara bağlı iri şirkətlərin marağına uyğun qərarlar alınıb: Nəticə olaraq da, qiymətlər hər ay qalxır – bunu görməmək mümkün deyil, hökumət görmürsə, deməli, görmək istəmir.
Bundan başqa, illər öncə hökumətə təklif verdik ki, dərman satışında ƏDV-i ya ləğv edin, ya da, hesabatlılıq üçün sizə lazımdırsa, simvolik olaraq 2%-ə endirin. ƏDV ləğv olunsa dərman qiymətlərində azı 15% ucuzlaşma olacaq, paralel olaraq da Tarif Şurasının bu mənasız səlahiyyəti ləğv edilib rəqabət mühiti yenidən təsis edilsə, qiymətlər daha 15-20% enəcək, yəni, bu gün 10 manata olan dərmanı vətəndaş 6 manata ala biləcək”.
“Eşitmirlər, görmürlər, dinləmirlər, özü də ki, ölkə dərman istehsal etmir, 93-94% idxal edirik, xaricdə dərman istehsal edən şirkət zülm çəkir, investisuya qoyur, istehsal təşkil edir, dövriyyədən 10-15% qazananda sevinir, bizim tənbəl hökumət isə heç nə etmədən xaricdə istehsal edilən dərmandan satışda 18% qazanmaq istəyir – özü də bilir ki, istənilən vergi və rüsumun son ödəyicisi vətəndaşdır...” – deyə partiya sədri fikrini yekunlaşdırıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Dekabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri