Icma.az
close
up
RU
Dərmanları belə saxlayırsınızsa, diqqət Zəhərlənə bilərsiniz

Dərmanları belə saxlayırsınızsa, diqqət Zəhərlənə bilərsiniz

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Dərmanların düzgün şəraitdə saxlanılmaması onların tərkibinin və təsirinin dəyişməsinə, bəzi hallarda isə sağlamlıq problemlərinə səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, türkiyəli əczaçı Ayşə Ceren Çetinova dərmanların üzərində və içlik vərəqəsində göstərilən saxlama qaydalarına əməl etməyin vacib olduğunu bildirib.

Əczaçı qeyd edib ki, bəzi dərmanlar otaq temperaturunda və işıq düşməyən yerdə, bəziləri isə soyuducuda saxlanılmalıdır. Buna görə hər dərmanı eyni şəraitdə saxlamaq düzgün deyil. Çetinovanın sözlərinə görə, dərmanlar birbaşa günəş işığı düşməyən, qaranlıq və quru yerdə, məsələn, uyğun dolabda saxlanılmalıdır. Marqarita pizza

O, bəzi insanların dərmanların daha yaxşı qorunması üçün onları soyuducuya qoyduğunu bildirib. Lakin bunun bütün dərmanlar üçün uyğun olmadığını vurğulayıb. Əczaçı xüsusilə şərbətlərin soyuducuda saxlanılmasının bəzi hallarda şəkərlənmə prosesini sürətləndirə biləcəyini qeyd edib.

Dərmanların yüksək temperaturda və ya rütubətli mühitdə saxlanılması onların tərkibindəki aktiv maddələrin strukturunun dəyişməsinə səbəb ola bilər.

Bu proses dərmanın növündən asılı olaraq fərqli təsir göstərə bilər. Korlanmış dərmanlar bəzən xarici görünüşdə ciddi dəyişiklik olmadan da istifadə edilə bilər.

Belə dərmanların qəbul edilməsi mədə ilə bağlı narahatlıqlara, xüsusilə bəzi şərbətlərdə udma çətinliyinə və digər xoşagəlməz əlamətlərə səbəb ola bilər. Nadir hallarda zəhərlənmə əlamətləri də ortaya çıxa bilər.

Əczaçı bildirib ki, dərmanın düzgün saxlanılmadığından şübhələnirsinizsə və qəbul etdikdən sonra hər hansı narahatlıq yaranırsa, həmin dərmandan yenidən istifadə etməmək və mütəxəssisə müraciət etmək lazımdır.

Mütəxəssis dərmanların saxlanma qaydalarının hər bir preparat üçün fərqli ola biləcəyini və istifadə etməzdən əvvəl içlik vərəqəsindəki təlimatların oxunmasının vacib olduğunu vurğulayıb.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Avqust 2026 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri