Icma.az
close
up
RU
Dərsliklədə belə tapşırıqlarla oğlanlara “biz kişilər dağıtmalıyıq” kimi təsirlər ötürülə bilər

Dərsliklədə belə tapşırıqlarla oğlanlara “biz kişilər dağıtmalıyıq” kimi təsirlər ötürülə bilər

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə kiçik summativ qiymətləndirmədə (KSQ) yer aldığı iddia olunan "Atam həyətdə ... doğrayır" sualına cavabda "adam" və "odun" sözlərinin yazıldığı foto paylaşılıb. Foto cəməiyyət tərəfindən təəccüblə qarşılanıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) sosial şəbəkədəki iddialara cavab verərək bildirib ki, paylaşılmış sual 3-cü sinif dərsliklərində yer almır və təhsil idarəetmə orqanları tərəfindən məktəblərə təqdim olunmayıb. 

KSQ-də olmasa belə, bu cür tapşırıqlar uşaqların psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyevanın sözlərinə görə, bu cür tapşırıqlar, uşaqların şüuraltısına gizli mesajlar ötürür:

"Bir sual kimi sadə görünə bilər, amma əslində uşağın psixikasına, şüuraltısına zərərverici bir təsir göstərə bilər. Böyük insanlar belə bu sualı oxuduqda içində narahatlıq və gərginlik hiss edə bilərlər. Təsəvvür edin, uşaqlar üçün necə bir təsir yarada bilər. Əsas məsələ buradadır ki, bu sualların içərisində uşaqlara şüuraltı olaraq, qızlara və oğlanlara müəyyən stereotiplər ötürülür. Qızlara belə bir mesaj verilir: “Kişilər yalnız güclü olmalıdır, onlar gücdən ibarət olmalıdır, güc onların bütün obrazıdır". Bu, şüuraltısında qız uşaqlarına kişiləri yalnız dağıdan, yox edən və güc nümayiş etdirən bir model kimi təqdim edir. Oğlanlara isə, “biz kişilər şiddətə meyilli olmalıyıq", "biz güc və qüdrətdən ibarət oluruq", "biz dağıtmalıyıq” kimi təsirlər ötürülə bilər. Bu da öz növbəsində, oğlanların güc, şiddət və sərtlik anlayışlarını normal qəbul etmələrinə səbəb ola bilər.

Digər tərəfdən, oğlan uşaqlarına həmçinin, “biz kişiyik, emosiyalarımızı boğmalıyıq, ağlamamalıyıq, sərt olmalıyıq” düşüncəsi də aşılanır. Bu, onları duyğusal olaraq sıxışdırır, öz hisslərini və düşüncələrini gizlətməyə məcbur edir. Bu cür tapşırıqlar uşaqların şüuraltısına hətta gizli şəkildə belə, zorakılığın və şiddətin normallaşdırılmasını aşılaya bilər. Belə bir tapşırıq veriləndə, şiddətin və zorakılığın normal bir davranış olaraq qəbul edilməsi mümkündür".

Psixoloq qeyd etdi ki, əgər testlərdə və ya həyatda bu davranış normal göstərilirsə, o zaman uşaqların psixikasına təsir edərək, onlar üçün bu davranışları qəbul edilən və normal bir şey kimi göstərə bilər.

"Bu, bir növ təbliğat rolunu oynayır. Şiddət, qəzəb, nifrət, acıq və kin kimi hisslər uşaqlara aşılanırsa, onların psixologiyasına ciddi mənfi təsirlər göstərə bilər. Buna görə də, biz uşaqlarımıza nəyi aşıladığımızı yaxşı düşünməliyik. Şiddət, qəzəb və nifrət hissləri ilə yanaşı insanlıq, mərhəmət, sevgi və dəyər kimi hissləri aşılamalıyıq. Şüuraltı olaraq belə olsa, bu tip variantlara yer verməməliyik, çünki gələcəkdə bu uşaqlarımızın şiddəti, qəzəbi və cinayətləri normallaşdırmalarına səbəb ola bilər. Əksinə, biz onlara bu cür davranışların qəbul edilməməli olduğunu, normalaşmamalı olduğunu və hətta qınanmalı olduğunu öyrətməliyik. Bizim məqsədimiz, gələcəkdə cəmiyyətimizdə daha çox anlayışlı, mərhəmətli və insanlara dəyər verən fərdlərin yetişməsidir", - deyə Nabat Mirzəyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri