Devidin oğlu arvadına görə atasından imtina etdi
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemin oğlu Bruklin valideynləri ilə ünsiyyətdən imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Page Six” nəşri məlumat yayıb.
Bildirilib ki, Bruklin Bekhem ailəsinə zənglərinə cavab verməyəcəyini və heç bir şəkildə onlarla əlaqə saxlamayacağını deyib.
“O, atasını “Cəngavər” fəxri adına görə də təbrik etməyib. Devid və Viktoriya Bekhem isə şayiələrə münasibət bildirməyiblər. Məlumata görə oğlunun bu addımının səbəbi həyat yoldaşı ilə yaşanan münaqişədir”, – nəşr əlavə edib.
Xatırladaq ki, mart ayında Viktoriya və Devid Bekhemlərin ailəsində yeni münaqişə ilə bağlı şayiələr yayılmışdı. Bruklinin arvadı Nikola Peltz ərinin valideynlərini “toksik” adlandırmışdı.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 İyun 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















