Icma.az
close
up
RU
Dəyəri 4 trilyon dollara yaxınlaşdı Dünyada ikinci ən dəyərli şirkətdir

Dəyəri 4 trilyon dollara yaxınlaşdı Dünyada ikinci ən dəyərli şirkətdir

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Apple şirkətinin səhmlərinin qiyməti 20 oktyabr tarixində tarixi maksimuma çatıb, bu isə yeni iPhone 17-yə olan yüksək tələbi göstərən son məlumatlarla bağlıdır. Şirkət yaxın gələcəkdə 4 trilyon dollardan yüksək bazar dəyərinə malik ikinci şirkət ola bilər. 20 oktyabr ticarətinin nəticələrinə görə, şirkətin bazar kapitallaşması təxminən 3,9 trilyon dollar təşkil edib və o, Nvidia-dan sonra dünyanın ikinci ən qiymətli şirkətidir. Hazırda  bazar dəyəri 4 trilyon dollardan yüksək olan 1 şirkət var (Nvidia). 2-ci yerdə Apple, 3-cü yerdə Microsoft, 4-cü yerdə Alphabet (Google) qərarlaşıb. 

Marja xəbər verir ki, 20 oktyabr ticarətində Apple-ın səhmləri  3,93% bahalaşaraq 262,4 dollara çatıb. Bu, Counterpoint-in araşdırmasının nəticələrindən sonra baş verib; araşdırma göstərib ki, ABŞ və Çin bazarında satışların ilk 10 günündə iPhone 17, iPhone 16-dan 14% daha çox satılıb. 

Səhmlərin qiyməti ticarət zamanı maksimum 4,2% artaraq 262,4 dollardək yüksəlib, nəticədə şirkətin bazar kapitallaşması təxminən 3,9 trilyon dollar təşkil edib və Apple dünyanın ikinci ən dəyərli şirkəti olub. 

Counterpoint-in araşdırmasına görə, 2025-ci ilin sentyabrında təqdim edilən iPhone 17 seriyası ABŞ və Çin bazarında satışların ilk 10 günündə iPhone 16 seriyasından 14% daha çox satılıb. Counterpoint-in baş analitiki edib:

"iPhone 17-nin baza modeli istehlakçılar üçün çox cəlbedicidir və qiymət-keyfiyyət nisbəti mükəmməldir. Bu cihazı almaq çox asandır, xüsusilə endirimlər və kuponlar nəzərə alınanda".

Loop Capital investisiya şirkəti 20 oktyabrda Apple-ın səhmlərinə verdiyi qiymətləndirməni "saxla"dan "al"a yüksəldib, çünki yeni iPhone modelinə olan tələbin gözləniləndən yüksək olduğu müşahidə olunub. Loop Capital-in fikrincə, Apple artıma hazırdır. İnvestisiya bankirləri Apple-ın səhmləri üçün hədəf qiyməti 226 dollarddan 315 dollara qaldırıb. 2027-ci ilə qədər şirkətin səhmlərinin daha da bahalaşması potensialı olduğu qeyd edilir.

Keçən həftə Apple-ın baş icraçı direktoru Tim Kuk Çində işçilər və hökumət rəsmiləri ilə görüşərək iPhone Air-in təqdimatında iştirak edib. South China Morning Post xəbər verib ki, cihaz satışa çıxdıqdan bir neçə dəqiqə ərzində satılıb. Evercore analitiki Amit Daryanani 19 oktyabr qeyd edib ki, iPhone Air-in Çindəki populyarlığı Apple-ın səhmlərinin bahalaşmasına kömək edə bilər. Evercore analitikləri qeyd ediblər ki, Apple gələn həftə gəlir hesabatında yüksək göstəricilər təqdim etməyə hazırlaşır.

Sentyabrda Apple yenilənmiş iPhone seriyasını, o cümlədən daha nazik iPhone Air-i təqdim edib. ABŞ-da gömrük tariflərinə dair narahatlıqlara baxmayaraq qiymətləri əvvəlki səviyyədə saxlayıb. Avqust ayının əvvəlindən etibarən şirkətin səhmləri az miqdarda artıb, çünki Apple ABŞ-da əlavə 100 milyard dollarlıq investisiya barədə açıqlama verib. Bu addım potensial tariflərdən qaçmağa kömək edə bilər. Apple 30 oktyabrda rüblük gəlir hesabatını açıqlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://marja.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri