Icma.az
close
up
RU
Deyirdilər evdə otur, bozbaşını bişir Bolt sürücüsü Gülnar Kazımzadə

Deyirdilər evdə otur, bozbaşını bişir Bolt sürücüsü Gülnar Kazımzadə

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mənim üçün məsələ qadın və ya kişi olmaq deyil. Sağlam və ya məhdudiyyətli olmaq da deyil. Əsas məsələ güclü olmaq və bacaracağına inanmaqdır”

Azərbaycanda qadın sürücü olmaq hələ də bir çoxları üçün qeyri-adi görünür. Lakin Gülnar Kazımzadə üçün sükan arxasına keçmək sadəcə peşə seçimi deyil – bu, şəxsi azadlıq, iqtisadi müstəqillik və sosial missiya yoludur.

Modern.az-ın məlumatına görə, 34 yaşlı Gülnar Kazımzadə Bolt platforması vasıtəsi ilə xidmət göstərən qadın sürücüdür və eyni zamanda Bolt Accelerator proqramının ikinci yer qalibidir. 2024-cü ilin avqustunda o, bu proqrama qoşularaq biznesin idarə olunması, bazar araşdırması, layihənin inkişafı və müştəriyönümlü yanaşma mövzularında təlimlər keçib.

“Final təqdimatı mənim üçün dönüş nöqtəsi idi. Çox həyəcanlı idim, hətta çıxışımı ləğv etməyi düşündüm. Amma münsiflərin reaksiyası mənə özümə daha çox inanmağa kömək etdi”, – deyə Gülnar xatırlayır.

Proqramı uğurla başa vurduqdan sonra o, yeni bir xidmət istiqaməti üzərində çalışmağa başlayıb – qadınlar tərəfindən idarə olunacaq və məktəblilərin təhlükəsiz daşınmasını təmin edəcək “Dayə” xidməti. Məhz bu layihə Bolt Accelerator proqramında təqdim olunub və Gülnar ideyasına görə ikinci yerə layiq görülərək Bolt tərəfindən 7 000 manat məbləğində dəstək qazanıb.

Layihəyə əsasən, xüsusi təlim keçmiş qadın sürücülər uşaqları məktəbə və dərsdənkənar məşğələlərə təhlükəsiz şəkildə aparıb-gətirəcək. Bu çərçivədə ilkin tibbi yardım təlimləri, müvafiq lisenziyalar və əlavə təhlükəsizlik standartları nəzərdə tutulur.

“Bu layihə təkcə biznes deyil. Bu, ehtiyacı olan ailələr üçün real dəstək mexanizmidir,” – deyə o vurğulayır.


Stereotiplərlə mübarizə

Gülnar artıq üç ildir sükan arxasındadır. Bu müddət ərzində o, müxtəlif reaksiyalarla qarşılaşıb. İlk avtomobili çəhrayı rəngdə idi və bəzi kişi sərnişinlər üçün bu, təəccüb doğururdu. Zamanla daha böyük və komfortlu avtomobilə keçib.

“Əvvəllər "qadın işi deyil" kimi fikirlər eşidirdim. Hətta bir sərnişin mənə "evdə otur, bozbaşını bişir" dedi. Amma mən inanıram ki, qadın həm evini idarə edə, həm də sükan arxasında ola bilər”.

Onun sözlərinə görə, son illərdə münasibət dəyişməyə başlayıb. Qadın sürücülər artıq daha çox qəbul olunur və xüsusilə qadın sərnişinlər tərəfindən dəstək hiss olunur.

Atasının arzusu və sükan arxasına gedən yol

Gülnarın avtomobillərə sevgisi uşaqlıqdan başlayıb. O, görmə məhdudiyyətli atasına daim dəstək olub və onunla çox vaxt keçirib. 11 yaşında olarkən atası ilə Goyçayda gəzərkən ilk dəfə sükan arxasında qadın sürücü görməsi onun üçün dönüş nöqtəsi olub. Həmin an qadının inamla avtomobil idarə etməsi Gülnara böyük təsir göstərib.

Elə həmin günlərdə atası ona demişdi: “Bir gün sən də maşın sürəcəksən və mən səninlə fəxr edəcəyəm".

Atası Gülnar 14 yaşında olarkən vəfat edib. Lakin bu sözlər onun həyat devizinə çevrilib. 2023-cü ilin iyulun 25-də – atasının doğum günündə – o, ilk avtomobilini alıb və ilk səfərini atasının məzarına edib.

“Bir dəfə sərnişinim görmə məhdudiyyətli idi. Həmin gün sükan arxasında göz yaşlarımı saxlaya bilmədim. Həyat mənə başqa bir insana dəstək olmaq imkanı verdi”.

Bu təcrübə onun gələcək layihələrində əlillər üçün də xüsusi dəstək mexanizmləri yaratmaq qərarına təsir edib.

Müstəqillik, mübarizə və güc

Gülnar üçün sürücülük həm də iqtisadi müstəqillik deməkdir. Sərbəst qrafik və gəlirini özü idarə etmək imkanı ona güc verir.

“Bu iş mənə öz ayaqlarım üstündə dayanmaq imkanı verir. Bəli, qiymət dəyişiklikləri və tıxac gəlirə təsir edir, amma bu, sevdiyim işdir”.

O hesab edir ki, şəhərdə tıxacın azaldılması üçün şəxsi avtomobillərdən daha çox paylaşılmış və ictimai nəqliyyata üstünlük verilməlidir. Onun fikrincə, hər ailənin ayrıca avtomobilə sahib olması sıxlığı artırır, parklanma problemini dərinləşdirir və əlavə yanacaq sərfiyyatı ilə həm iqtisadi, həm də ekoloji yük yaradır.

“Şəhərdə minlərlə avtomobil hərəkətdədir, amma çoxunda cəmi bir nəfər olur. Paylaşılan nəqliyyat daha rasional həll yoludur”, – deyə o bildirir.

Gülnarın hekayəsini daha da güclü edən məqam isə onun şəxsi mübarizə yoludur. O, anadangəlmə sağlamlıq məhdudiyyəti ilə dünyaya gəlib və uzun illər çətin əməliyyatlar keçirib. Bir çoxları onun avtomobil idarə edə biləcəyinə inanmırdı. Lakin o, bu vəziyyəti zəiflik kimi deyil, güc mənbəyi kimi qəbul edib.

“Mənim üçün məsələ qadın və ya kişi olmaq deyil. Sağlam və ya məhdudiyyətli olmaq da deyil. Əsas məsələ güclü olmaq və bacaracağına inanmaqdır”.
N.Kazımova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri