Deyirdim o şappa şupa oxuyanlar rədd olacaq İlkin Əhmədov
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
"Mən çox sevinirəm və ümid edirəm ki, televiziya məkanlarında verilişlərə olan bu yanaşma daha da güclənəcək. Deyirdim o "şappa-şupa" oxuyanlar rədd olacaq!"
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov deyib.
"Günə bax" verilişində qonaq olan xanəndə bəzi tələbələrinin bayağı ifaçıları örnək almasını qınadığını bildirib:
"Mənim bəzi tələbələrim var ki, deyirdilər biz də filankəs bəstəkardan mahnı alaq, verək bayağı aranjemana. Sonra da xahiş edirdilər ki, mən şərait yaradım, çıxıb o mahnıları təqdim etsinlər. Mən də onlara irad bildirirdim ki, bu nə mahnıdır almısan? Mən necə deyim ki, tələbəmin belə bir mahnısı var? Bu zaman da tələbəm mənə adlar çəkir ki, filankəslər də belə mahnılarla reklam olnurlar.
Hələ bir ay öncə mən tələbəmə məsləhət verəndə də billdirdim ki, o mahnılar, o müğənnilər efirlərdən yığışdırılacaq, onlar rədd olacaq! Dediyim kimi də oldu".
Aysel
Baxış sayı:138
Bu xəbər 11 Mart 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















