Icma.az
close
up
RU
DGK: Başqalarına məxsus kommersiya təyinatlı malların şəxsi əşya adı altında gömrük sərhədindən keçirilməsi yolverilməzdir

DGK: Başqalarına məxsus kommersiya təyinatlı malların şəxsi əşya adı altında gömrük sərhədindən keçirilməsi yolverilməzdir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 may, AZƏRTAC

Sərnişinlər tərəfindən keçirilən mallar üzərində gömrük nəzarətinin xüsusiyyətləri

Gömrük nəzarətinin səmərəli şəkildə təşkili, vətəndaşların rahatlığının təmin edilməsi, o cümlədən bəyan edilməli olan malların rəsmiləşdirilməsi məqsədilə hava limanlarında müvafiq olaraq “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemlərindən istifadə olunur.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumat görə, ölkə ərazisinə gələn sərnişinlərin gömrük orqanlarına bəyan edilməli və rəsmiləşdirməyə təqdim edilməli malları olmadıqda “Yaşıl kanal”, bəyan edilməli malları olduqda isə “Qırmızı kanal” buraxılış sistemlərindən istifadə edirlər.

Qaydalara uyğun olaraq, fiziki şəxslər xarici ölkələrdən şəxsi istifadə məqsədilə gətirdikləri malları sadələşdirilmiş formada və güzəştli qaydada gömrük sərhədindən keçirə bilərlər və bu məqsədlə müvafiq normalar müəyyən edilib.

Şəxsi istifadə miqdarından artıq, eləcə də istehsal və kommersiya məqsədli mallar isə “Qırmızı kanal” buraxılış sistemindən istifadə edilməklə bəyan olunur və rəsmiləşdirmə həyata keçirilir.

Gömrük qaydalarına riayət etmə

Qanunvericiliklə tənzimlənən hədlərə riayət edilməsinin müəyyənləşdirilməsi üçün gömrük baxışı və yoxlaması zəruri olur. Aparılan təhlillər göstərir ki, bir sıra hallarda sərnişinlər tərəfindən ölkə ərazisinə normadan artıq məbləğdə və miqdarda mallar gətirilir.

Bəzən qanunvericilik aktlarının tələblərindən kifayət qədər məlumatlı olmayan şəxslər gömrük orqanına bəyan edilməli və rəsmiləşdirilmə aparılması vacib mallarının olmasına baxmayaraq, “Yaşıl kanal” buraxılış sistemindən istifadə edirlər. Bir sıra hallarda isə şəxslər gömrük ödənişlərindən yayınmaq məqsədilə bilərəkdən buna yol verirlər.

Malların paylanılması halları

Son dövrlərdə rast gəlinən hallardan biri kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların gömrük ödənişlərindən yayındırılması məqsədilə xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanılaraq şəxsi istifadə təyinatlı mallar kimi gömrük sərhədindən keçirilməsi cəhdləridir.

https://customs.gov.az/az/faydali/xeberler/1840 

https://customs.gov.az/az/faydali/xeberler/1762 

https://customs.gov.az/az/faydali/xeberler/1571 

https://customs.gov.az/az/faydali/xeberler/1549 

Paylanılma hallarının aşkarlanması və qanunvericiliyin tələblərinin təmin olunması üçün həyata keçirilən tədbirlər bəzi sərnişinlərin narazılığına səbəb olur. Belə hallar yarandıqda mövcud normalar barədə şəxslərə məlumat və müvafiq izahatlar verilir.

Gömrük nəzarəti müddəti

Gömrük nəzarətinin qısa müddət ərzində həyata keçirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi baxımından vətəndaşların gömrük qaydalarına riayət etməsi də mühüm əhəmiyyət daşıyır.

Gömrük orqanları tərəfindən gömrük baxışının və yoxlamasının keçirilməsi üçün müvafiq qərar qəbul olunduqda malların tez bir zamanda gömrük orqanına təqdim edilməsi gömrük nəzarətinin çevik və sürətli şəkildə tamamlanmasına şərait yaradır.

Etik davranış qaydaları

Vətəndaş məmnunluğu, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə gömrük əməkdaşlarına ünsiyyət bacarıqları, stresin idarə edilməsi, davranış qaydaları mövzularında təlimlər keçirilir.

Etik davranışa riayət etməyə ciddi nəzarət olunur, vətəndaşlardan daxil olan müraciətlər ətraflı araşdırılır, nöqsanlara yol vermə halları aşkarlandıqda daxili intizam qaydalarına uyğun məsuliyyət növləri müəyyən olunur.

Vətəndaş məmnunluğu

Vətəndaşların məmnunluğunun təmin edilməsi gömrük strategiyasının əsas istiqamətlərindən biridir və bu sahə davamlı olaraq diqqətdə saxlanılır, müvafiq sorğular və təhlillər aparılır.

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hava limanında ötən ilin sonlarında keçirilmiş sorğunun nəticələrinə əsasən respondentlərin 96.5 %-i gömrük əməkdaşlarının rəftarından məmnundurlar.

Diqqət edilməli hallar...

Başqalarına məxsus kommersiya təyinatlı malların şəxsi əşya adı altında gömrük sərhədindən keçirilməsi yolverilməzdir və müəyyən məsuliyyətin yaranmasına səbəb ola bilər. Bu kimi halların hamılıqla qarşısının alınması vacibdir.

Ölkə ərazisinə gələrkən şəxsi istifadə miqdarından artıq, eləcə də istehsal və kommersiya məqsədli mallar olduqda onların bəyan edilməsinin davamlı olaraq diqqət mərkəzində saxlanılması əhəmiyyət kəsb edir.

Bəzən saatlarla davam edən səyahətin yaratdığı yorğunluqdan sonra aparılan gömrük nəzarəti insanlarda narahatlıq, diskomfort yarada bilər.

Unutmayaq ki, gömrük əməkdaşları qanunla müəyyən olunan vəzifələri yerinə yetirirlər və bütün səylər cəmiyyətimizin qorunmasına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri