DGK sədrinin birinci müavini: Bu il gömrük qanunvericiliyinin pozulması ilə bağlı 33 mindən çox fakt aşkar edilib AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 17 dekabr, AZƏRTAC
Gömrük orqanları tərəfindən ümumilikdə 93 fakt üzrə 378 kq narkotik vasitə, psixotrop maddələr və onların prekursorları aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Bəhruz Quliyev Bakıda keçirilən Gömrük-Biznes Forumu çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, gömrük orqanları iqtisadiyyatın və milli təhlükəsizliyin, əhalinin sağlamlığının, mədəni irsin, ekoloji tarazlığın və beynəlxalq ticarətin qaçaqmalçılığın mənfi təsirlərindən qorunması istiqamətində mühüm rol oynayır.
“Bu il Azərbaycanda gömrük qanunvericiliyinin pozulması ilə bağlı 33 588 fakt aşkar edilib ki, onlardan 1 258-i cinayət xarakterlidir”, - deyə Bəhruz Quliyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 17 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















