Diabet və tünd şokolad: Sağlamlıq üçün doğru miqdar
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Tünd şokolad yüksək kakao nisbəti sayəsində sağlamlığa müsbət təsirlər göstərir. Aşağı glisemik indeksi ilə qan şəkərini ani şəkildə yüksəltmir və insülin həssaslığını artıraraq diabet riskini azalda bilər, lakin, porsiya nəzarəti vacibdir.
Pravda.az bildirir ki, tünd şokalad həddindən artıq istehlak edildikdə çəki artışı və qan şəkəri pozğunluğu baş verə bilər.
Tünd şokoladın tərkibi və faydaları
Yüksək kakao tərkibinə malik tünd şokolad, antioksidantlar, flavonoidlər və minerallar baxımından zəngindir. Flavonoidlər qan dövranını yaxşılaşdırır, yüksək təzyiqi tənzimləyir və ürək xəstəlikləri riskini azaldır.
Diabet xəstələri üçün tövsiyə edilən miqdar
Diabet xəstələri, 70 faiz və ya daha yüksək kakao nisbətinə sahib tünd şokoladları ölçülü şəkildə istehlak edə bilərlər. Günlük istehlak miqdarı 20-30 qram olmalıdır.
Əminə Bayramova


