Icma.az
close
up
RU
Diaspora mühitində ana dilinin taleyi Əbülfəz Süleymanlı Sosioloji baxış

Diaspora mühitində ana dilinin taleyi Əbülfəz Süleymanlı Sosioloji baxış

Icma.az bildirir, 525.az portalına istinadən.

Əbülfəz Süleymanlı
Professor
[email protected]

Qloballaşma və rəqəmsəllaşma çağında dil yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyi formalaşdıran, kollektiv yaddaşı qoruyan və cəmiyyətin düşüncə sistemini müəyyən edən əsas sosial institutdur. BMT məlumatlarına görə, dünyada təxminən 7000 dil mövcuddur və hər iki həftədə bir dil yox olmaq təhlükəsi ilə üzləşir. Bu baxımdan 21 Fevral – Beynəlxalq Ana Dili Günü dilin gələcəyi haqqında düşünmək üçün mühüm çağırışdır.

Rəqəmsal texnologiyaların sürətli inkişafı dilin istifadəsinə və ifadə imkanlarına birbaşa təsir göstərir. Sosial mediada qısa mesajlar, emojilər və simvolik ifadələrin geniş yayılması dilin ifadə imkanlarını daraldır, süni intellekt isə getdikcə insanın yerinə yazan və düşünən alətə çevrilir. Nəticədə ünsiyyətin sürətləndiyi təəssüratı yaransa da, əslində dilin ifadə potensialı zəifləyir və məhdudlaşır. Xüsusilə gənc nəsildə dilə hakimiyyətin zəifləməsi dilin zənginliyinin azalmasına, düşüncə və mədəni özünüifadə imkanlarının məhdudlaşmasına gətirib çıxarır. Belə ki, zamanının böyük hissəsini dil qaydalarının kobud şəkildə pozulduğu rəqəmsal mühitdə keçirən uşaqların gündəlik ünsiyyətdə, hətta ailə daxilində belə ana dilindən düzgün istifadə etməkdə çətinlik yaşadıqları müşahidə olunur.

Bu dəyişikliklər fonunda ana dili məsələsi xüsusilə diaspora reallığı şəraitində yeni məzmun qazanır. Xaricdə yaşayan icmalar üçün dil yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin qorunmasının, kollektiv yaddaşın yaşadılmasının və mədəni davamlılığın əsas dayağına çevrilir. Diaspora mühitində ana dilinin istifadəsi çox vaxt ailə çərçivəsi ilə məhdudlaşır, ictimai və institusional müstəvidə isə yaşanılan ölkənin dili dominant mövqe tutur. Bu vəziyyət uzunmüddətli perspektivdə ana dilinin sosial funksiyalarının daralması riskini artırır.

Bu riskin Avropada yaşayan azərbaycanlılar arasında necə təzahür etdiyini müəyyənləşdirmək məqsədilə İsveçdə fəaliyyət göstərən “Qobustan-Azərbaycan Aydınlar Ocağı” ilə birlikdə tərəfimdən koordinasiya edilən və əsasən Avropa ölkələrində yaşayan 114 azərbaycanlı respondent arasında Beynəlxalq Ana Dili Günü ərəfəsində dil və milli kimliyin qorunmasına dair sosioloji sorğu aparılmışdır. Sorğunun nəticələri göstərir ki, diasporada dil yalnız kommunikasiya vasitəsi kimi deyil, milli kimliyin qorunmasının əsas sütunlarından biri kimi dəyərləndirilir. Bu fakt dil məsələsinin diaspora mühitində xüsusi həssaslıq və strateji əhəmiyyət kəsb etdiyini təsdiqləyir.

Dil və kimlik: diasporada güclü bağlılıq

Sorğu nəticələrinə görə, respondentlərin 76%-dən çoxu özünü güclü şəkildə azərbaycanlı hiss edir, 72%-dən çoxu dilin kimliyin qorunmasında əsas rol oynadığını bildirir, təxminən 75%-i isə uşaqların ana dilini öyrənməsini mədəni ötürmə üçün zəruri hesab edir. Bu göstəricilər ana dilinin diasporada kimliyin əsas dayağı kimi qəbul edildiyini göstərir.

Dil istifadəsi ikidilli həyat modelini ortaya qoyur. Respondentlərin 78%-i evdə Azərbaycan dilində, 76%-dən çoxu isə iş və təhsil mühitində yaşadıqları ölkənin dilində danışdığını qeyd edir. Sosial mediada isə iştirakçıların yarıdan çoxu qarışıq dil istifadə edir.

İkidilli həyat və nəsillərarası risklər

Araşdırmanın diqqət çəkən nəticələrindən biri gənc nəsillə bağlıdır. Respondentlərin yalnız 29%-i xaricdə yaşayan uşaqların dil və mədəniyyətlə bağlılığını yüksək qiymətləndirir. Bu, diasporanın klassik dilemmasını göstərir: birinci nəsil kimliyi qoruyur, lakin sonrakı nəsillərdə ana dilinin istifadə sahəsi darala bilər.

Diaspora mühitində uşaqların ana dili ilə əsasən ailə daxilində ünsiyyət qurması dilin qorunmasına mühüm töhfə versə də, dilin davamlı şəkildə yaşaması və gələcək nəsillərə ötürülməsi üçün bu kifayət etmir. Tədqiqatlar göstərir ki, xaricdə yaşayan uşaqlar çox vaxt yaşadıqları cəmiyyətin dilini daha yaxşı mənimsəsələr də, ana dilindən istifadə etməkdə çətinlik çəkir və əldə etdikləri bilik və təcrübəni ana dilinə ötürməkdə problemlərlə üzləşirlər.

Bu səbəbdən dilin təhsil, mədəniyyət və ictimai fəaliyyətlər səviyyəsində sistemli şəkildə dəstəklənməsi vacibdir. Ana dili kurslarının təşkili, mədəni proqramların genişləndirilməsi və rəqəmsal mühitdə ana dilində məzmunun artırılması mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, çoxmədəniyyətli mühitdə böyüyən uşaqların kimlik və adaptasiya prosesində çətinlik yaşamamaları üçün həm ana dilinin, həm də yaşadıqları cəmiyyətin dilinin balanslı şəkildə öyrədilməsi zəruridir. Araşdırmalar göstərir ki, sistemli şəkildə təşkil olunmuş ikidilli təhsil mühiti uşaqların idrak və sosial inkişafına müsbət təsir göstərir.

Dil və institusional dəstəyin rolu

Sorğu nəticələrinə görə, respondentlərin 60%-dən çoxu diasporada mədəniyyət mərkəzlərinin yaradılmasını, 35%-i ana dili kurslarının genişləndirilməsini, 36%-i isə diaspora təşkilatlanmasının gücləndirilməsini dilin qorunması üçün əsas şərt kimi qiymətləndirir. Bu göstəricilər dilin yaşamasının yalnız fərdi səylərlə deyil, sosial və institusional dəstək vasitəsilə mümkün olduğunu göstərir.

Bu kontekstdə diaspora uşaqları üçün xüsusi hazırlanmış ana dili proqramlarının və dərs vəsaitlərinin hazırlanması, diaspora yay məktəblərinin təşkili və sayının artırılması, onlayn ana dili kurslarının genişləndirilməsi, universitetlərimizin müvafiq fakültələrində ikidilli təhsil üzrə ixtisaslaşmış müəllimlərin yetişdirilməsi və diaspora icmaları vasitəsilə mədəni-təhsil fəaliyyətlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, mövcud vəziyyətin daha dərindən öyrənilməsi və effektiv siyasətlərin formalaşdırılması üçün bu sahədə genişmiqyaslı sosial tədqiqatların aparılması zəruridir.

Nəticə etibarilə həm ölkə daxilində, həm də diaspora mühitində ana dilinin qorunması fərdi seçimdən daha çox kollektiv məsuliyyət və strateji sosial prioritet kimi qiymətləndirilməlidir. Yaxın tariximizdə ana dilimizin müxtəlif ideoloji və siyasi təzyiqlərə məruz qalaraq ağır sınaqlardan keçdiyini nəzərə alsaq, bu məsuliyyətin əhəmiyyəti daha da aydın şəkildə ortaya çıxır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri