Icma.az
close
up
RU
Digər Mərkəzi Asiya Türk dövlətləri ilə də bu tip müqavilələrin imzalanması istisna edilmir

Digər Mərkəzi Asiya Türk dövlətləri ilə də bu tip müqavilələrin imzalanması istisna edilmir

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş dəyirmi masa keçirilir. Tədbirdə Qazaxıstanın 22 universitetinin rektorları iştirak edirlər. Dəyirmi masa və panel müzakirələrinin sonunda universitetlər arasında ali təhsil sahəsində əməkdaşlığa dair 17 sənədin imzalanması gözlənilir.
Bu əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edir?
Təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında deyib ki,  Azərbaycan və Qazaxıstan respublikalarının ali təhsil sahəsində əməkdaşlığının genişlənməsi gözlənilən idi:
“Belə ki, 2024-cü ilin martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilmişdi. Bu zaman Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının Elm və Ali təhsil naziri Sayasat Nurbek “3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”u imzalamışdılar. Məhz bu sazişdən irəli gələn məsələləri reallaşdırmaq üçün Qazaxıstanın Elm və təhsil nümayəndələri Azərbaycana yeni səfərə gəlmişdir. Səfər çərçivəsində 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumu imzalanıb.Bu memorandumlarda  öz əksini tapan əsas məsələlər bunlar olmuşdur. Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması, Azərbaycan və Qazaxıstan arasında ikili diplom proqramları, Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlıq: innovasiya və qlobal tərəfdaşlığın təşviqi və Akademik mobilliyin və mədəni əməkdaşlığın artırılması.  İmzalanan sənədlər hər iki ölkənin ali təhsilində tələbə mübadiləsinin aparılması, ikili diplomların tətbiqi,  müəllim heyətinin transferi, ortaq universitetin yaradılması,Ali təhsildə eyni strategiya və planlaşmanın  aparılması və s. məsələləri nəzərdə tutur. Qeyd edim ki, Azərbaycan-Qazaxıstan arasındakı münasibətlərin genişlənməsində Türk Dünyası Təşkilatının fəaliyyəti də böyük rol oynayıb. Yaxın gələcəkdə digər Mərkəzi Asiya Türk dövlətləri ilə də bu tip müqavilələrin imzalanması istisna edilmir. Son olaraq imzalanan müqavilələr elm və təhsil sahəsində olsa da siyasi əhəmiyyəti də böyükdür. Belə ki, bütün bu razılaşmalar gələcəkdə Türk birliyinin daha da güclənməsinə xidmət edir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri