Icma.az
close
up
RU
“Dil milləti məhv olmağa qoymayan dəyərdir” ELDƏNİZ QULİYEV

“Dil milləti məhv olmağa qoymayan dəyərdir” ELDƏNİZ QULİYEV

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbərlə mübtədanın yerini dəyişməklə hər şey həll olunmur ki…”

“Mən Azərbaycan yazıçısıyam, bəzən nə aparıcıların, nə də onun qonaqlarının dilini başa düşmürəm”

Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfrans keçirildi. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, AYB-nin sədri Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digərləri iştirak ediblər.

Dilimizin mövcud vəziyyəti və perspektivləri mövzusunda keçirilən konfransla bağlı “Hürriyyət”ə danışan yazıçı, kinodramaturq Eldəniz Quliyev bildirdi ki, o, keçirilən konfransı təqdirəlayiq hesab edir: “Yaxşı ki, son zamanlar dilimizə, Azərbaycan dilinə önəm verilir. Amma dilimizi qorumaq, hifz etmək yetərincədirmi? Bunun birmənalı cavabı budur ki, “yox”. Bilirsiniz, dil mənim aləmimdə obrazlı desək - insanın dili, yəni onun ağzında olan dili var ha, o da dişlər vasitəsilə, insanın ağzı vasitəsilə qorunur - o cür qorunmalıdır. Görürsən, ağız öz dilini nətəhər qoruyur. Millət də dilini elə qorumalıdır.

Amma dil təkcə qorumaqla qurtamır, o həm də dad biləndir. Elə deyil? Dadın acısını, şirinini biləndir. Və təbii ki, öz dilimizə zaman-zaman dadlı şeylər də əlavə etmək lazımdır, ağız nətəhər öz dilinə qəbul etdirirsə. Yəni bu məsələdə biz bəzən çox mühafizəkar oluruq, bəzən isə ifrata varırıq. Dil bir prosesdir və çay kimi axır. Deyirlər, bir çaya bir dəfə baxmaq olmaz. O çay gedir, o artıq gördüyün çay deyil və dil də zənginləşməlidir, amma ağılla, bizim ahəng qanunlarına uyğun, hətta mental şüurumuza, keyfiyyətimizə dəxli olaraq zənginləşməlidir”.

E.Quliyev hesab edir ki, hər bir millətin, hər bir etnosun dili onun ən böyük var-dövlətidir: “Dil millətin qoruyucusu, onu mühafizə edən, onu saxlayan, məhv olmağa qoymayan bir dəyərdir. Yəni ona bu cür yanaşmaq lazımdır. Tutaq ki, hər hansı bir ölkənin var-dövləti ehtiyat xəzinəsində saxlanılır. Bax, dil də o cür olmalıdır. Həmin xəzinədən daha çox var-dövlət çıxmağa qoymurlar, amma oraya əlavə gələn var-dövləti qəbul edirlər. Bax, o cür olmalıdır. Gələn var-dövlət də dövlətdə olmalıdır. İndi bilmirəm, o alimlər, dilçilər, ədəbiyyatşünaslar orada nələr danışıb, amma onu bilirəm ki, son zamanlar bəzən absurd sözləri də dilmizə gətiriblər, filan sözü demək olmaz, başqa cür demək lazımdır. Hətta gülünc dəyişikliklər ediblər. Əgər cəhd edirlərsə, cəhd edənə maneə yoxdur. Biz öz dilimizə elə-belə demirik ki, Ana dili. Anamızın dilini, atamızın dilini qoruyub, zənginləşdirək”.

Audiovizual Şuranın sədri İsmət Səttarovun “Azərbaycan televiziyalarında verilişlərdə monitorinq etdik və aparıcılar tərəfindən iki həftə ərzində 3 minə yaxın əcnəbi sözün işləndiyinin şahidi olduq, yanvar ayından xəbərdarlıq göndərəcəyik” fikrinə münaibət bildirən E.Quliyev belə söylədi: “Bunlar yatıb, nə yuxu görüblər?! Əcnəbilərə aid üç min söz? Bu, nə deməkdir? Orada üç min yox... Yəqin ki, o adam sıfırın birini ixtisar edib. Əvvəla, ondan başlayaq. İkinci, heç əcnəbi yox, öz dilmizi orada nətəhər sındırırlar?! Öz doğma Azərbaycan dilini nətəhər sındırırlar?! Xəbərlə mübtədanın yerini dəyişməklə hər şey həll olunmur ki. O qədər idbar dillə danışırlar ki, adamın matı-qutu quruyur. Məəttəl qalırsan ki, bu, bizim dildir?!

Mən Azərbaycan yazıçısıyam, nə aparıcıların, nə də onun qonaqlarının dilini bəzən başa düşmürəm, əndirabadi bir şeydir. Yəni Audiovizual Şura bunlara da fikir verməlidir. Hazırda Azərbaycan televiziyalarının verilişlərinin səviyyəsi, hamısına aid olmasa da, çoxu sıfırdan aşağı səviyyədədir, həm o aparıcıların mədəniyyəti, həm  onların dünyagörüşü, intellekti, eləcə də dili. Dil biabırçıdır. Tarixdir nədir, elə danışır ki. Ən yaxşı Azərbaycan dilində danışan Zaurdu, amma bir də görürsən elə sapmalar edir ki, adamın matı-qutu quruyur.

O üç Zaurun ikisini ümumiyyətlə, çıxmaq lazımdır. O Şuşalı Zaur dili bilir, amma bəzən özünə sərbəstlik verir ki, o da olmaz. Hətta onun danışığı, hissləri bir az süni, saxta olmasa, bəlkə də onun tok-şousu qəbuledilən ola bilərdi. Yəni birinci aparıcılardan başlamaq lazımdır. Aparıcıların səviyyəsi yuxarı olsa, keyfiyyətli danışa bilsələr, daxili mədəniyyətləri olsa, onların dəvət etdiyi qonaqlar da özlərini yığışdıracaqlar”.

“Mən demirəm, əksər tok-şoular bağlanmalıdır, amma keyfiyyətinə baxmaq lazımdır. İlk növbədə, dilin keyfiyyətinə baxmaq lazımdır. Onların nə danışdığı və necə danışdığına baxmaq lazımdır. Ola bilsin ki, səviyyəsiz birini məcbur edəsən ki, ədəbi dillə danış, nöqtə-vergülün yerində olsun, pauzalar yerində olsun, qrammatikanın bütün qayda-qanunlarına riayət elə, amma bunun içi boşdursa, öz daxili mədəniyyəti yoxdursa, tamaşaçı ondan nə anlayacaq?”,- deyə yazıçı sonda əlavə etdi.

CAVİD

Share

Tweet

Email

Share

Share

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see327

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see281

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see274

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see265

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see259

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see258

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see249

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see246

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see223

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see217

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see217

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see215

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see207

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see205

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see190

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see190

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see183

Türkiyədə Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha 4 nəfər saxlanılıb

20 Sentyabr 2026 06:02see176

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see176

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri