Icma.az
close
up
RU
EVİMİZİ VƏ DİLİMİZİ QORUYAQ! Keçmiş millət vəkilinin YAZISI

EVİMİZİ VƏ DİLİMİZİ QORUYAQ! Keçmiş millət vəkilinin YAZISI

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Etibar Əliyev

Fəlsəfə üzrə fəlsəfə doktoru

Çıxış yolu dilimizin fəlsəfəsini zənginləşdirmək, tərcümə məktəbləri yaratmaqdır. Elmi-populyar ədəbiyyatların çapı sürətləndirilməlidir…

Ana dilimiz haqqında saysız-hesabsız kitablar, məqalələr yazılıb. Dilimizin fəlsəfəsi haqqında yazılan əsərlərin sayı yox səviyyəsindədir. Bu təbiidir. Əgər ali məktəblərdə “Fəlsəfə” fənninin tədrisi məhdudlaşdırılıbsa, dilin fəlsəfəsindən danışmağa dəyməz. Ali məktəblərdə “Analitik fəlsəfə”nin tədrisi vacibdir.

Ana dilimizin fəlsəfəsini Əhməd bəy Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Firidun bəy Köçərlinin, Yusif Vəzir Çəmənzəminlinin, İsa Hüseynovun və digər yazıçı-mütəfəkkirlərin əsərləri vasitəsilə qavramaq mümkündür. Xarici klassiklərin əsərlərinin dilimizə səhih tərcüməsi dilimizin zənginliyindən xəbər verir, dilin gözəlliyinə heyran olursan. Burada Çərkəz Qurbanlının, Vilayət Hacıyevin, Aydın Məmmədovun, Natiq Səfərovun, Qorxmaz Quliyevin tərcümələri mütləq qeyd olunmalıdır. Dilin təbiiliyi qorunurmu?

Təbii və süni dil!

2500 il bundan öncə Platon “Kratil” dialoqunu dilin fəlsəfəsinə həsr edib. Kratil ilə Germogen dil haqqında mübahisə edirlər. Kratil adların təbii olduğunu, yəni onların nəsnələrin təbiətinə uyğun gəldiyini israr edir. Nəsnələr doğulur, yaranır, yaxud kəşf olunur. Onun adı, yarandığı andan etibarən mahiyyəti ilə uyğunluq təşkil edir. Germogen isə hesab edir ki, adlar nəsnələrə insanlar tərəfindən təsadüfən verilir. Nəsnələr insanın qarşısında peyda olur və ya ona təqdim edilir, o da ilk dəfə gördüyü predmetə ad verir. Kratilin tutduğu mövqe insanlar arasında tarixən qərarlaşmış təbii dilə, Germogenin fərziyyəsi isə ondan fərqli olaraq, tarixi və psixoloji ənənələrdən kənar və məqsədli surətdə yaradılan süni dilə uyğun gəlir. Zaman ötdükcə süni dilin təbii dil üzərində fəallaşan eroziya prosesi dirini öldürmək, təbii olanı süniləşdirmək kimi təhlükələr yaradır.

Əsl filosof, əsl şair, əsl yazıçı dilə, onun təmiz səsinə qulaq asır, onu özündə üzə çıxarır. Bu zaman onların dedikləri boşboğazlıq yox, yaradıcılıq, dünyanın yeni, hələ bu vaxta qədər görünməmiş tərəflərinin açılmasıdır. Təsadüfi deyildir ki, dilin saflığı “ilkin poeziyada” axtarılır.

Dilimizdə xarici terminlərin istifadəsi dilin təbiiiliyinə xələl gətirirmi? Dilçi alimlər bu məsələni tədqiq etməlidirlər. Bu problemin iclaslar səviyyəsində qaldırılması azdır. Məsələn, mən deyirəm: “Anar məktəbi bitirib, yığışıb evdən getdi.” Bizim çoxumuz bu cümlədəki mənanı başa düşməyəcəyik. Lakin desəm ki, Anar “abituriyent” oldu, onda söhbətin nədən getdiyini hamımız başa düşəcəyik. Abituriyent – latın dilində “yığışıb gedirəm” mənasını verir. Dilimiz digər dillər kimi xarici terminlərə həssasdır, lakin həmin terminləri işlətmək qaydalarına mütləq riayət olunmalıdır.

İnsan dil hesabına insandır, əlbəttə ki, burada metafora xüsusi yer tutur. Sözdə metafora məxsusi rol oynayır, dili gözəlləşdirir. Dil istər-istəməz metaforanın kristalına düşür. Təəssüflər olsun ki, metafora mövzusuna elmi tədqiqatlarda az rast gəlinir.

Bütün dillərin təkamül tarixi sadə cümlələrin qurulması ilə başlayır və zaman keçdikcə həm sintaksis, həm də semantik məzmun baxımından mürəkkəbləşən mərhələyə qədər davam edir. Sadədən mürəkkəbə doğru bu irəliləyiş zamanı ünsiyyət üçün öncə ən ağır yük feillərin üzərinə düşür. Daha sonra isim, sifət, zərf əlavə olunur və cümlənin həcmi artır. Və ilk sözün zərurətdən irəli gələrək, felin əmr formasında yarandığını düşünə bilərik. Əmr forması ünsiyyət zamanı böyük rol oynayır və ondan istifadə edərkən çox ehtiyatlı olmaq tələb olunur. Düzgün istifadə edilmədikdə isə bu, arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Dilçilik təlimi cəmiyyətdə yaranır və yazıçılar tərəfindən müəyyənləşir, təsdiq edilir, əksər hallarda dilçilik institutları tərəfindən tənzimlənir, nizama salınır, yönəldilir. Cəmiyyət, yazıçılar, dilçilik institutları üzərinə düşən vəzifələri heç də hər zaman yerinə yetirmirlər. Son həlledici faktor dövlətdir.

Dilçilik institutları yalnız tərifçiliklə məşğul olurlarsa, onda tənqidə ehtiyac qalmır.

Dillər son dərəcə rəngarəng ifadə vasitələrinə malikdir və bir dildə kəskin emosional mənaya malik olan söz digər dildə neytral xarakter daşıya bilər. Məsələn, “Sən yaşamağı bacarmırsan” Çin dilində ağır söyüşdür. Azərbaycan dilinə birbaşa tərcümədə isə nəsihət kimi qəbul oluna bilir. Dil özünə dialektik münasibət tələb edir: bir tərəfdən sadələşməyi, digər tərəfdən mürəkkəb fikirlərin ən incə çalarlarını əks etdirməyi... İstənilən mədəniyyətin deqradasiyası dilin primitivləşməsinə səbəb olur. Yüz il bundan əvvəl yaşamış ziyalılarımız indiki qəzetləri oxusaydılar, bəlkə də, deyərdilər ki, bu, Azərbaycan dili deyil.

XX əsrin əvvəllərində minillik mədəniyyətimizin ənənələrini dövrün tələbləri ilə üzvi vəhdətdə birləşdirən ziyalılarımızın həmin əsrin 30-cu illərində kütləvi şəkildə məhv edilməsi dilimizə ağır zərbə vurdu. Bugünkü təhsil sistemimizin yetişməkdə olan gənc nəsildə formalaşdırdığı dil yarımsavadsızlığı bu prosesi dərinləşdirib, uçurum səviyyəsinə çatdırmışdır. Yeganə çarə – inkişafın yeni mərhələsində klassiklərimizə qayıtmaq, insan hisslərinin və düşüncələrinin ən incə çalarlarını ifadə etmək qabiliyyəti ilə kompüter ifadə tərzinin dəqiqliyini birləşdirən bir dilə nail olmaqdır.

Bütün sahələrdə ədəbiyyat qıtlığıdır, aclıqdır. Dil haqqında ən mükəmməl aforizm isə böyük alman filosofu Martin Haydeggerə məxsusdur: “Dil varlığın evidir!”

Bizim varlığımızın da evi dilimizdir. Evimizi və dilimizi qoruyaq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri