Dində ölən şəxs üçün yüzlərlə insana yemək vermək yoxdur Çingiz Qənizadə
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdaşda artıq 1 ay əvvəl keçirilən yığıncaqdan sonra yas məclislərində ehsan verilməsi qadağan edilib.
Bu barədə Demokrat.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, çox böyük həvəslə rayon sakinləri və dəvət olunan qonaqlar bu tədbirdə iştirak ediblər:
“Tədbirdə rayonun bütün kəndlərini əhatə edən din xadimləri, bütün kəndlərimizin icra və bələdiyyə rəhbərləri, idarə və müəssisələrin rəhbərləri, eyni zamanda şəhid ailələri, "Qarabağ qaziləri" təşkilatının, YAP rayon təşkilatının rəhbərləri və din xadimləri iştirak etdi. Bakıda yaşayan həryerlilərimizi mən təmsil edirdim. Bu təşəbbür mənim tərəfimdən ortaya atılmışdı. İlk öncə rayondakı vəzifələri şəxslərlə əlaqə saxlayaraq belə bir tədbirin keçirilməsi istəyində olduğumu bildirdim, hər tərəfdən mənə dəstək gəldi. Daha sonra rayonun Əfəndisi Əli Əfəndi ilə söhbət etdik, o da artıq bu məsələyə yox deməyin vaxtı olduğunu bildirdi, bizə kömək etdi. Əli Əfəndiyə, Ağdaşda olan bütün din xadimlərinə təşəkkür edirəm ki, səsimizə səs verdilər.
Vəfat edən şəxsi dəfnə hazırlayarkən din xadimlərimiz yas sahiblərinə və qohumlara müraciət edir ki, artıq Ağdaşda ehsan verilməsi qadağan olunub. Ehsan deyəndə biz isti yeməkləri, şirin çörəkləri nəzərdə tuturuq. Qərara alındığı kimi, çay, xurma, limon və qənddən başqa masada heç bir şey ola bilməz. Artıq yas məclislərinə nəzarət edilir. İndiyə qədər iki halda bu qaydaları pozmağa cəhd olub. Ağdaşın kəndlərindən bir nəfərlə maarifləndirici söhbət aparıldı. Qayda pozuntusu ilə bağlı molla Əli Əfəndiyə məlumat verilmişdi. Əli Əfəndi bizim 6 rayonu birləşdirən din xadimlərin Əfəndisidir, Dövlət Komitəsi tərəfindən təyin edilmiş rəsmi şəxsdir. Digər halda isə Ağdaşda bir Ağdam qaçqını cəhd etmişdi ki, dana kəsib yas məclisində ehsan versin. Onunla da söhbət apardıq, xahiş etdik ki, üç mərasimindən sonra kəsərək paylaya bilər. O da razılaşdı”.
Çingiz Qənizadə bildirib ki, onun təklifindən sonra İmişlidə də eyni qadağa tətbiq edilib:
“Daha bir sevindirici xəbəri İmişlidən aldım. 10 il mən İmişli-Beyləqan dairəsinin deputatı olmuşam. Orada mənim üçün əziz bir şəxs, keçmiş Mədəniyyət şöbəsinin müdiri Hasil müəllim vəfat edəndə onun qardaşı Səxavət bəydən xahiş etdim ki, ehsan verməyin, siz ziyalısınız, ailə də çətinlik çəkəcək. O məclisdə İmişlinin din xadimlərinin rəhbəri Mirdamət Ağa da var idi, ona da dedim. Bir neçə gün öncə isə onunla bir də söhbət edərkən dedi ki, sizin fikirlərinizi başqa yerlərdə də misal çəkərək bildirdik ki, ehsan yığışdırılmalıdır. İmişlinin kəndlərinin əksəriyyətində artıq ehsan verilməsi yığışdırılıb.
Bir neçə gün öncə Milli QHT Forumunun "İsrafçılığa yox deyək" adlı tədbiri keçirilib. Bu cür tədbirləri yığışdırmalıyıq. Hesab edirəm ki, həm toy, həm yasların bu cür keçirilməsində maraqlı olan şəxslər var. Mərasim evi, şadlıq evi sahibləri maraqlıdır ki, süfrəyə daha çox nemət qoyulsun, daha çox pul alsınlar. İslamda belə şey yoxdur ki, vəfat edən şəxs üçün yüzlərlə insana yemək verilsin. Mən çox təəssüf edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə bu məsələdə öndə deyil, nümunə göstərmir. Çox istərdim ki, yüksək səviyyədə, dövlət səviyyəsində bu məsələyə reaksiya verilsin. İslama zidd olan bu cür hərəkətlərin qarşısı alınmalıdır. Bu israfçılıq ancaq və ancaq bəzi iş adamlarına, bəzi din xadimlərinə lazımdır”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Çingiz Qənizadə Geriyə baxandada VİDEO
06 Dekabr 2024 09:57
Moskva Zəngəzur dəhlizinə nəzarəti itirdiyi üçün qəzəblidir Çingiz Qənizadə
20 Avqust 2025 15:49
Azərbaycan polisinə təşəkkür edirəm Çingiz Qənizadə
18 Avqust 2025 13:42
Çingiz Qənizadə: “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur”
30 Yanvar 2025 12:47
Çingiz Qənizadə: Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir
06 Yanvar 2025 17:27