Dini Komitənin sədri: Azərbaycan və Türkiyə arasında əlaqələr uğurla inkişaf edir
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Türkiyə arasında ortaq etnik-mədəni köklərə söykənən dostluq və qardaşlıq əlaqələri iki ölkənin prezidentlərinin müdrik siyasəti nəticəsində uğurla inkişaf edir.
525.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Türkiyəyə səfəri çərçivəsində Qars valisi Ziya Polat və Qars bələdiyyəsinin başqanı Ötüken Sengerlə görüşdə bildirib.
Vurğulanıb ki, bu siyasət hər iki ölkənin xalqları arasında güclü bir qardaşlıq və əməkdaşlıq ruhu yaradır.
Görüşdə həmçinin "Bir millət, iki dövlət" prinsipinin iki ölkənin gündəmində əsas yer tutduğu və əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyi vurğulanıb. Qeyd olunub ki, İslam sülhsevər və tolerant dəyərlərinin təbliği dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir.
Baxış sayı:142
Bu xəbər 12 Mart 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















