Icma.az
close
up
RU
Dinləmə zamanı yaranmış problem Dövlət İmtahan Mərkəzi ilə əlaqəli deyil AÇIQLAMA

Dinləmə zamanı yaranmış problem Dövlət İmtahan Mərkəzi ilə əlaqəli deyil AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dövlət İmtahan Mərkəzinin imtahanlarında demək olar ki, dinləmə qurğuları və s. illərdir tətbiq olunur. Çox vaxt abituriyentlər orta məktəbdə dərs metodikasında bu cür dinləmə əsaslı xarici dil öyrənməsi olmadığı və ya az olduğu üçün dinləmə zamanı problem yaşayırlar. Amma bunu Dövlət İmtahan Mərkəzi ilə əlaqəli bir problem hesab etmirəm".

Bu fikirləri Redaktor.az-a martın 9-da keçirilən buraxılış imtahanında ingilis dili üzrə dinləmə qurğularında problem olması barədə danışan təhsil eksperti Elçin Süleymanov bildirdi.

Onun sözlərinə görə, istifadə olunan səs qurğuları illərdir tətbiq olunur:

"Buna görə də fərdi və ya münfərid qaydada problem olan siniflər ola bilər, lakin bunu ümumi problem kimi qiymətləndirmək çətindir. Digər bir nüans da odur ki, ictimaiyyətdə sualların çətin olması, əvvəlki illərlə müqayisədə fərqli olması ilə bağlı müzakirələr var. Qeyd etdiyim kimi, abituriyentlərin hamısı həmin imtahana daxil olur və suallar çətin olduğu zaman bu hamının balına təsir göstərir, nəticədə keçid balına da təsir edir. Yəni burada sualların asan olub yüksək bal toplamaq və ya çətin olub daha aşağı bal toplamaq ixtisas seçiminə ciddi təsir göstərmir.

Burada əsas məsələ imtahana girənlər arasında ən yaxşı nəticə göstərənlərin, məsələn, bir faiz və ya on faiz daxilində olanların mövqeyidir. Eyni zamanda ən aşağı nəticə göstərənlərin neçə bal toplamasından daha çox, onların imtahana girənlər arasında hansı mövqedə olması əhəmiyyət daşıyır. Buraxılış imtahanı hələ ki, ilk imtahandır. Digər mərhələdə blok imtahanları keçirilir və bildiyiniz kimi blok imtahanları iki dəfə təşkil olunur. Bu da abituriyentlərə əlavə şans verir. Buna görə də bütün imtahanlar başa çatmadan və ümumi bal formalaşmadan hər hansı ilin imtahanının çətin və ya asan olduğunu demək düzgün olmaz".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Mart 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri