Icma.az
close
up
RU
Diqqət: 26 yaşınadək şəxslər...

Diqqət: 26 yaşınadək şəxslər...

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Ali hüquq,  informasiya texnologiyaları ixtisaslı (komputer biliklərinə malik olan), ali və orta texniki, o cümlədən, idman sahəsi üzrə müvafiq naliyyətlər əldə etmiş, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, sonuncu meyyar üzrə boyu 1.85 sm-dən aşağı olmayan, mütənasib bədən quruluşlu, 26 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) fevral ayının 03-dən 14-dək  (şənbə və bazar günləri istisna olmaqla digər günlərdə) saat 14:00-dan 18:00-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə  müddətdən artıq həqiqi hərbi xidmətə qəbul  olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir.

Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim edilməlidir:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti.

- hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti.

- bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti.


Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsi  (Sumqayıt şəhər 11-ci mkr Üzeyir Hacıbəyov küçəsi 1. Sumqayıt Dəmir yol vağzalının yanı)

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilərin qəbul üçün müraciət etməmələri xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Yanvar 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see165

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see160

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see141

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see134

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see133

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see133

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see127

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see126

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see126

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see125

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see124

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see123

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see123

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see118

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see116

Ermənilər görün nəyə əl atdı iyrənclik

14 Aprel 2025 09:30see113

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see113

Polislə generalın fotosu qarışdı… “Bu şəxs Polad Həşimov deyil” FOTO

14 Aprel 2025 11:49see113

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see111

Növbəti iki gündə Bakıda leysan yağacaq

14 Aprel 2025 12:25see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri