“Laçın Abadlıq Xidməti” ASC nin direktor müavini: İlin sonuna qədər Laçında bir neçə müəssisənin açılışı planlaşdırılır
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Laçın, 4 iyun, Gülay Nəzərova, AZƏRTAC
Gündən-günə gözəlləşən Laçın şəhəri bu il MDB-nin mədəniyyət paytaxtı elan olunub və genişmiqyaslı tədbirlərə ev sahibliyi edir. Bu il Laçın şəhərinə müxtəlif dövlət rəsmilərinin, turistlərin mütəmadi ziyarəti gözlənilir. Bu məqsədlə Laçın şəhərində abadllq-quruculuq işləri sürətləndirilib.
Bunu AZƏRTAC-ın Laçına ezam olunan müxbirinə açıqlamasında “Laçın Abadlıq Xidməti” ASC-nin direktor müavini Elnur Abdullayev deyib.
Direktor müavini əlavə edib ki, indiyədək Laçında bir sıra obyekt, fabrik və müəssisənin açılışı olub. İlin sonuna qədər bir neçə müəssisənin də açılışı planlaşdırılır.
Onun sözlərinə görə, “Laçın Abadlıq Xidməti” tərəfindən yaradılan iş yerlərində 348 Laçın sakini çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 İyun 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















