Icma.az
close
up
RU
DİQQƏT: At və eşşək ətini mal ətindən seçmək üçün bunları mütləq bilməlisiniz KONKRET

DİQQƏT: At və eşşək ətini mal ətindən seçmək üçün bunları mütləq bilməlisiniz KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bazarlarda satılan ətin mənşəyini müəyyənləşdirmək üçün diqqət yetirilməli olduğumuz bir sıra əsas xüsusiyyətlər var. At və eşşək əti mal ətindən daha tünd qırmızı rəngdə olur. Bu, onların əzələ liflərində daha çox miqdarda mioqlobinin olmasından irəli gəlir.”

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.

“At və eşşək əti mal əti ilə müqayisədə daha yapışqan və nəm görünə bilər. Bişirildikdə tünd rəngini qoruyur və açıq qırmızıya dönmür. At və eşşək ətinin özünəməxsus şirin və yağlı bir qoxusu olur. Mal ətindən fərqli olaraq bu qoxu xüsusilə bişirildikdə daha qabarıq şəkildə hiss edilir. Təzə ətin qoxusu mal ətindən daha güclü və spesifikdir. At və eşşək əti lif baxımından daha sıx olur və toxunduqda sərtlik hiss edilir. Mal əti ilə müqayisədə elastikliyi daha azdır və basıldıqda dərhal əvvəlki formasına qayıtmır.”

Ekspert qeyd edir ki, at və eşşək ətinin yağı sarımtıl rəngə çalır. Mal ətinin yağı isə daha ağ və ya krem rəngində olur:

“At ətinin yağı daha yumşaq olur və otaq temperaturunda tez əriyir. Bişirildikdə at əti daha şirin dada malik olur, çünki onun əzələ toxumasında daha çox qlikogen var. Eşşək əti isə sərt olur və mal ətinə nisbətən daha çox çeynənən bir quruluşa malikdir. Əgər ətin mənşəyi şübhəlidirsə, laborator analizlər aparmaq mümkündür. Xüsusi testlər və DNT analizləri ilə ətin hansı heyvana aid olduğu müəyyən edilə bilir. Ət alarkən etiketli və sertifikatlı məhsullara üstünlük verilməlidir. Rəsmi baytarlıq nəzarətindən keçmiş ət məhsulları daha etibarlı sayılır.”

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Aprel 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri