Icma.az
close
up
RU
Evində pitiminutka olanlar DİQQƏT: Bunları mütləq bilməlisiniz

Evində pitiminutka olanlar DİQQƏT: Bunları mütləq bilməlisiniz

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Havaların soyuması ilə təbii qazdan istifadə artıb, lakin bu, dəm qazından zəhərlənmə riskini də yüksəldir. Xüsusilə "pitiminutka" suqızıdrıcısı hamam otağında yerləşən mənzillərdə bu kimi zəhərlənmə hallarına daha çox rast gəlinir.

Bəs dəm qazı necə yaranır?

Milli.Az xəbər verir ki, dəm qazı adətən yanma prosesi tam başa çatmadıqda əmələ gəlir və rəngsiz, dadsız, qoxusuz olduğundan insanlar onu hiss edə bilmir. Qanımızdakı hemoglobinə bağlanan bu qaz oksigenin toxumalara çatmasına mane olur, nəticədə boğulma və ölüm riski yaranır.

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nuralliyev bildirib ki, havalar soyuduqca təbii qazdan istifadə edən abonentlərin sayı üç-dörd dəfə artır və bu, dəm qazı zəhərlənməsi riskini yüksəldir. Ekspertin sözlərinə görə, evdə təhlükəsizliyi təmin etmək üçün pəncərələri daim açıq saxlamaq, evə girəndən sonra havalandırmaq və qaz cihazlarının yanmasını düzgün təşkil etmək vacibdir. Tüstü bacaları və havalandırma sistemi ildə ən azı iki dəfə yoxlanmalıdır. Hamamxananın qapısı xaricə açıq olmalı, qapının altındakı dəliklər vasitəsilə otağa hava daxil olmalıdır:

"Dəm qazı zəhərlənməsinin əsas səbəbi cihazların düzgün işləməməsi və yanma üçün kifayət qədər oksigenin olmamasıdır. Bu zaman təhlükəli karbon monoksid əmələ gəlir. Əgər otaqda 0,1% karbon monoksid yaranarsa, 7-30 dəqiqə ərzində insanın həyatı üçün təhlükə yaranır".

Sözügedən məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən qeyd edildi ki, dəm qazı ölüm təhlükəsi yaradır.

"Bu təhlükədən qorumaq üçün:

- qaz cihazı saz və standartlara uyğun olmalı;

- cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

- havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

-hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

-tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!".

Aysel Əkbər
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri