DİQQƏT: Qarpız yedikdən sonra bu əlamətləri hiss etsəniz dərhal həkimə gedin, əks halda… KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Yay mövsümünün gəlişi ilə qarpızdan zəhərlənmə hallarında artım müşahidə olunur. Zəhərlənmə əsasən düzgün saxlanılmayan və ya vaxtından əvvəl yığılıb satışa çıxarılan qarpızlardan qaynaqlanır.
Maraqlıdır, qarpızdan zəhərlənmə özünü necə göstərir?
Mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, zəhərlənmə özünü ilk növbədə ürəkbulanma, qusma, halsızlıq, təzyiqin aşağı düşməsi kimi əlamətlərlə büruzə verir.
“Bu əlamətlər yaranan kimi dərhal təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur. Vaxtında müdaxilə edilmədikdə qarpızdan zəhərlənmə daha ciddi fəsadlara, xüsusən də böyrək və mədə-bağırsaq sistemində problemlərə səbəb ola bilər”.
Həkim qarpız alarkən onun təbii yetişib-yetişmədiyinə diqqət etməyi, üzərində zədələnmə izləri olan meyvələrdən uzaq durmağı və kəsilmiş halda satılan qarpızların istehlak olunmamasını tövsiyə edir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 İyun 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















