Icma.az
close
up
RU
Direktorlara qarşı cəza tədbirləri: Sosial şəbəkələrin gücü və daxili nəzarətin rolu

Direktorlara qarşı cəza tədbirləri: Sosial şəbəkələrin gücü və daxili nəzarətin rolu

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Son günlərdə orta ümumtəhsil müəssisələrinin direktorlarının işdən çıxarılması, şiddətli töhmət, töhmət və xəbərdarlıqların verilməsi hallarının artdığının şahidi oluruq”. 

Bu barədə Bakıvaxtı.az-a Elm və təhsil məsələləri üzrə tədqiqatçı, Təhsil xidmətləri üzrə mütəxəssis Elmin Nuri bildirib. O qeyd edib ki, burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır:

“Son dönəmlərdə hansı səbəblərdən bu kimi halların sayı artmaqda, ictimaiyyət analoji addımlardan daha çox məlumat əldə etmədədirlər?  Məktəb rəhbərləri məhz bu dönəmdə hər hansı nöqsanlara yol veriblər? Cavab, təbii ki, “xeyr”dir. Sadəcə, sosial şəbəkələr vasitəsilə hər hansı mənfi hadisənin sürətlə yayılması, məktəbdaxili bir çox reallıqların “vatsap qrupları”ında cərəyan etməsi neqativlərin daha sürətlə yayılmasına səbəb olur. Biz işdən çıxarılan və töhmət verilən direktorlarla bağlı qərarların arxasında hansı səbəblərin durduğunu konkret xırdalıqları ilə bilmirik. Aysberqin görünməyən tərəfləri isə bu qərarı qəbul edən şəxslərə daha yaxşı məlumdur. Məhz məktəb daxilindəki həmin “aysberqlərin” daha dəqiq və sürətlə görünəbilmə xüsusiyyətləri artıq kiməsə sirr deyildir”.

Elmin Nuri:  Hadisələrdə adları çəkilən, barələrində qərar verilən direktorlar neqativləri daha tez aşkarlanan şəxslərdir

Ekspert qeyd edib ki, hadisələrdə adları çəkilən, barələrində qərar verilən direktorlar sadəcə, neqativləri daha tez aşkarlanan şəxslərdir:

“Onların həmkarları arasında da eyni aqibəti yaşaya biləcək şəxslər az deyildir. Arzu edərdik ki, biz hər hansı məktəb rəhbərliyi ilə bağlı zəruri addımları yalnız sosial şəbəkələrdə yayılan,  təhsil gündəminə çevrilən arzuolunmaz hadisə və faktlardan sonra yox, daxili nəzarətin, aparılan monitorinq yoxlamalarının nəticələrindən sonra görək. Amma ictimai nəzarətin də İT imkanları hesabına getdikcə artması məsələlərin tam xeyrinədir. Yetər ki, ictimai qınaq, ictimai nəzarət subyektiv yox, obyektiv xarakter daşısın. Bütün bunlar həm də hazırda məktəb direktoru işləyən bəzi şəxslər üçün lazımı işarə, mənəvi xəbərdarlıq rolunu oynadıqları üçün faydalı tərəfləri də böyükdür”.

Qeyd edək ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevaya məxsus olduğu iddia edilən səsyazısı yayılıb. Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan səsyazısında direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri