Icma.az
close
up
RU
Ətin bahalaşma səbəbləri açıqlandı

Ətin bahalaşma səbəbləri açıqlandı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanın ət idxalına çəkdiyi xərc 19,9 faiz artaraq 66,1 milyon ABŞ dollarına çatıb. İdxalın fiziki həcmi də 11,3 faiz artaraq 28 min tona yaxınlaşıb. 
Ət idxalının həm dəyər, həm də həcm baxımından artması daxili bazarda ətə olan tələbat, yerli istehsalın imkanları və qiymətlərin formalaşması məsələlərini yenidən gündəmə gətirir.
Bəs ət idxalının artmasının əsas səbəbləri nələrdir? Daxili bazarda ət qiymətlərinin yüksəlməsi idxalın daha əlverişli olmasına necə təsir edir? İdxalın artması yerli heyvandarlıq və ət istehsalına, istehlakçılara və ərzaq təhlükəsizliyinə hansı nəticələri yarada bilər?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli deyib ki, idxalın 19,19 faiz artmasının əsas səbəblərindən biri qiymət artımıdır. 

Onun sözlərinə görə, çünki idxalın fiziki həcmi 11,4 faiz artıb:
“Qalan artım isə əsasən məhsulun idxal qiymətinin yüksəlməsi ilə bağlıdır. Yəni burada idxalın özündə də inflyasiya müşahidə olunur və ətin xaricdən alınma qiymətləri bahalaşır.
İdxalın artmasının əsas səbəblərindən biri daxili bazarda ətə olan tələbatın yüksək olmasıdır. Eyni zamanda daxili bazarda ət məhsullarının qiyməti yüksəlib və bu da idxalı sahibkarlar üçün daha əlverişli edib. Qiymətlər aşağı olduqda idxal etmək o qədər də sərfəli olmur. Çünki idxalçı məhsulu xaricdən müəyyən qiymətə alır, onun üzərinə daşınma, gömrük və digər xərcləri əlavə edir və daha sonra daxili bazarda hansı qiymətə sata biləcəyini hesablayır.
Məsələn, idxalçı hansısa ölkədən, istər Gürcüstandan, istər Monqolustandan, istərsə də başqa ölkədən ət gətirərkən ilk növbədə məhsulun alış qiymətini, logistika xərclərini və daxili bazarda satış qiymətini nəzərə alır. Daxili bazarda ətin qiyməti yüksək olduqda idxal daha sərfəli olur. Ona görə də daxili bazarda qiymətlərin yüksəlməsi idxalın artmasına stimul yaradır.
Bəs daxili bazarda ətin qiyməti niyə bahalaşıb? Bunun bir neçə səbəbi var. Bir tərəfdən ölkədə ümumi inflyasiya müşahidə olunur və heyvandarlıqla bağlı xərclər artır. Digər tərəfdən isə saxlanılan heyvanların sayında azalma var. Heyvanların sayının azalması təklif imkanlarını məhdudlaşdırır. Tələb yüksək olaraq qaldığı halda təklifin azalması isə qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
Bu baxımdan idxalın artmasının daxili bazarda tələbatın tam qarşılanmaması ilə birbaşa əlaqəsi var. Lakin istənilən halda, hətta daxili istehsal tələbatı tam qarşılasa belə, idxalın tamamilə aradan qalxacağını düşünmək düzgün deyil. Çünki bazarda müxtəlif ölkələrdən məhsul gətirilməsi normal ticarət prosesidir. Əsas məsələ idxalın hansı səbəbdən və hansı sürətlə artmasıdır. Hazırda idxalın sürətlə artmasının əsas səbəblərindən biri daxili bazarda qiymətlərin yüksəlməsi və bunun nəticəsində idxalın daha səmərəli olmasıdır”.
İqtisadçı əlavə edib ki, ərzaq təhlükəsizliyinə gəldikdə isə, idxalı yalnız risk kimi qiymətləndirmək düzgün deyil:
“Əksinə, idxal müəyyən mənada ərzaq təhlükəsizliyinə dəstək verir. Çünki daxili istehsalın tələbatı tam qarşılaya bilmədiyi şəraitdə idxal hesabına bazarda məhsul bolluğu yaradılır və istehlakçıların məhsula çıxışı təmin olunur.
İdxal olmasa, daxili bazarda məhsul çatışmazlığı yarana və bu da qiymətlərin daha sürətli artmasına səbəb ola bilər. İdxalın artması bazarda təklifin genişlənməsinə imkan verir. Bu baxımdan idxalın istehlakçılar üçün əsas üstünlüklərindən biri məhsul bolluğu yaratması və qiymət artımının qarşısını müəyyən qədər almasıdır.
Yəni daxili istehsalın artırılması vacibdir, amma bu, idxalın tamamilə aradan qaldırılması demək deyil. Əsas məqsəd daxili istehsalı gücləndirməklə bazarın daha dayanıqlı olmasını təmin etmək, eyni zamanda idxal hesabına yaranan məhsul bolluğundan və rəqabətdən istehlakçıların faydalanmasına şərait yaratmaqdır”, - deyə Xalid Kərimli fikrini tamamlayıb.
Nuray Paşşanlı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Avqust 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri