Dmitriyev Putinə bu barədə məruzə edib, bundan sonra...
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskva Ukrayna ilə bağlı mövqeyini Mayamidə danışıqların yekunları üzrə Rusiya Prezidentinə təqdim edilən məlumatlar əsasında formalaşdıracaq, yaxın gələcəkdə isə mövcud kanallar vasitəsilə Vaşinqtonla əlaqələrini davam etdirəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevin Ukrayna ilə bağlı Rusiya-Amerika danışıqlarının keçirildiyi Mayamiyə səfərinin nəticələrini şərh edərkən bildirib.
Peskovun sözlərinə görə, Dmitriyev artıq Vladimir Putinə əlaqələrin bütün təfərrüat barədə məruzə edib, bundan sonra Rusiya tərəfi öz gələcək mövqeyini formalaşdırmağa və ABŞ ilə dialoqu davam etdirməyə başlayacaq.
Peskov vurğulayıb ki, Rusiyanın mövqeyinin əsas parametrləri amerikalı həmkarlarına yaxşı məlumdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 Dekabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















