Icma.az
close
up
RU
Doksinqə qarşı “boksinq” onlayn məxfiliyi qorumağın yolları

Doksinqə qarşı “boksinq” onlayn məxfiliyi qorumağın yolları

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Yazın gəlişi ilə insanlar, o cümlədən Azərbaycandakı istifadəçilər sosial mediada və onlayn icmalarda daha çox vaxt keçirirlər. Başqa yerlərdə olduğu kimi, Azərbaycanda da bir çoxları fotoşəkillər və planlarının təfərrüatlarını paylaşmaqda xüsusilə aktivlik göstərirlər. Bu hadisə daha çox səyahət və tətil mövsümünün başlanğıcını bildirən uzun bayram tətili ərəfəsində bir çox istifadəçilərin timsalında baş verir. Lakin bu cür açıqlıq məlumatların sızmasına və şəxsin razılığı olmadan onun özəl məlumatların dərc edilməsinə, yəni doksinqə səbəb ola bilər. Kaspersky mütəxəssisləri istifadəçilərə şəxsi məlumatlarını və onlayn məxfiliklərini qorumağa kömək edə biləcək tövsiyələr hazırlayıblar.

Bizimyol.info Kaspersky-ə istinadən xəbər verir ki, təcavüzkarlar şəxsi məlumatları – ünvan, telefon nömrəsi, şəkillər, ailə və ya iş məlumatlarını – sosial media, messencerlər və müxtəlif onlayn icmalar vasitəsilə yaya bilərlər. Bəzi hallarda bu cür məlumatlar açıq kanallarda və ya forumlarda dərc olunur və burada daha tez yayılaraq qurbana qarşı daha güclü təzyiq alətinə çevrilə bilir.

Doksinq nədir

Doksinq sahibinin razılığı olmadan onun şəxsi məlumatların toplanması və dərc edilməsidir. Doksinqlə məşğul olan şəxs, yəni dokser seçdiyi qurban haqqında ətraflı dosye tərtib edir və sonra onu dərc etməklə hədələyir və ya doğrudan da bunu edir.

Bu məlumatları tapmaq çox vaxt xüsusi bacarıq tələb etmir: məlumatların əksəriyyətini sosial media, köhnə hesablar, şərhlər, sızdırılmış məlumat bazaları və ya ictimai sənədlər kimi açıq mənbələrdə tapmaq mümkündür.

Təcavüzkarların məqsədləri müxtəlif ola bilər: qorxutmaq, alçaltmaq, psixoloji təzyiq göstərmək və ya məxfiliyi qorumaq müqabilində pul qoparmağa cəhd etmək. Bəzən nəticələr o qədər ağır olur ki, qurbanlar telefon nömrələrini, iş yerlərini və ya hətta yaşayış yerlərini dəyişməyə məcbur olurlar.

Doksinqə qarşı tədbirlər

"Bu gün insanların şəxsi məlumatlarının əhəmiyyətli bir hissəsi sosial media kanallarında, şərhlərdə, köhnə hesablarda və ya məlumat bazalarında hər kəsə açıqdır. Hətta zərərsiz görünən detallar belə, hücumçulara bir şəxs haqqında tam təsəvvür yaratmağa kömək edə bilər. Buna görə də, onlayn dərc etdiyiniz məlumatlara diqqət yetirmək, şəxsi məlumatlara girişi məhdudlaşdırmaq və məxfilik parametrlərinizi müntəzəm olaraq nəzərdən keçirmək vacibdir", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.

Kaspersky mütəxəssisləri doksinq riskinə qarşı bir neçə sadə rəqəmsal təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər:

Mürəkkəb və unikal şifrələrdən istifadə edin – hərflər, rəqəmlər və xüsusi simvollar daxil edin. Doğum tarixiniz və ya adınız kimi şəxsi məlumatlardan istifadə etibarlı deyil.Sosial mediada məxfilik parametrlərinizi nəzərdən keçirin. Şəxsi məlumatlara girişi yalnız etibar etdiyiniz istifadəçilərlə məhdudlaşdırın.Şəxsi məlumatları onlayn kanallarda ehtiyatla paylaşın. Ünvanınız, telefon nömrəniz, sənədləriniz və ya maliyyə məlumatlarınız əlçatan olmasın.Tanımadığınız şəxslərdən gələn mesajlara qarşı diqqətli olun. Şübhəli linklərə klikləməyin və ya məlumatlarınızı naməlum insanlar və ya şirkətlərə ötürməyin.Rəqəmsal təhlükəsizlik həllərindən istifadə edin. Bu cür proqramlar cihazları və şəxsi məlumatları qorumağa kömək edir və sizi potensial təhlükələr barədə xəbərdar edir.

Doksinq artıq sizə toxunubsa, nə etməli

Əgər siz və ya yaxınlarınızdan biri doksinqlə üzləşibsə, nəticələri minimuma endirmək üçün tez bir zamanda hərəkətə keçmək lazımdır.

Şəxsi məlumatlarınızı ehtiva edən paylaşımları şikayət edin. Sosial şəbəkələrin əksəriyyəti bunu, bir qayda olaraq, məxfilik pozuntusu kimi görür.Sübut toplayın. Mesajların, paylaşımların, təhdidlərin və ya şantajın ekran görüntülərini saxlayın.Dəstək üçün müraciət edin. Vəziyyət barədə yaxınlarınıza və ya etibar etdiyiniz həmkarlarınıza məlumat verin.Rəqəmsal təhlükəsizlik və istifadəçi hüquqlarının qorunması məsələləri ilə məşğul olan insan hüquqları təşkilatları ilə əlaqəyə keçin.

Kaspersky mütəxəssisləri xatırladır: şəxsi məlumatlarınıza onlayn mühitdə diqqətlə yanaşmaq rəqəmsal təhdidlər riskini azaltmağa və onlayn məxfiliyinizi qorumağa kömək edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Mart 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri