Doktorantların böyük hissəsi niyə elmi dərəcə ala bilmir?
Icma.az, Modern.az saytına istinadən bildirir.
Elmi dərəcə əldə etmək uzun və məşəqqətli bir yoldur. Lakin Azərbaycanda bu yolun sonuncu və ən vacib mərhələsi olan dissertasiya müdafiəsi əksər tədqiqatçılar üçün aşılmaz səddə çevrilməkdədir.
2025-ci ilin statistikası göstərir ki, doktoranturanı bitirən 707 nəfərdən yalnız 59-u dissertasiya müdafiə edib. Beləliklə, 648 nəfərin, yaxud məzunların 91,7 faizinin doktoranturanı dissertasiya müdafiəsi olmadan başa vurduğu qeydə alınıb.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a danışıb.
Ekspert bildirib ki, doktoranturanı bitirənlərin yalnız az bir hissəsinin dissertasiya müdafiə etməsinin müxtəlif səbəbləri var:
“Ötən il fəlsəfə doktoru proqramını bitirənlərin çox az bir hissəsi müdafiə edərək məzun olub. Bunun bir çox səbəbləri var. Doktoranturada öz istəyi ilə təhsilini yarımçıq qoyanlar, müdafiə işini ləngidənlər, dissertasiya işi elmi baxımdan kifayət qədər əsaslı olmadığı üçün attestasiyadan keçməyənlər olur”.
Elçin Əfəndi qeyd edib ki, bu məsələdə yalnız doktorantları günahlandırmaq düzgün deyil.
“Təbii ki, elmi rəhbərlər də məsuliyyət daşıyırlar və daşımalıdırlar. Universitetlərin doktorantları real elmi kadr kimi yetişdirməsi ilə bağlı da problemlərimiz var. Düzdür, bir neçə ali təhsil müəssisəsi var ki, doktorantura istiqamətində tələb olunan tələbləri müvafiq şəkildə qarşılayırlar. Amma əksəriyyətində biz hələ də çatışmazlıqları müşahidə edirik”.
Ekspert xarici jurnallarda elmi məqalələrin nəşr olunması ilə bağlı çətinliklərə də diqqət çəkib.
“Bəzi hallarda məqalələrin xarici jurnallarda nəşr olunmasının çətinliyini müşahidə edirik. Halbuki məqalələrin nəşr olunması universitetlərin reytinqinə də təsir göstərir. Müəyyən elmi təşkilatlar var ki, reytinq qiymətləndirməsi aparırlar. Onlar da məqalələrin sayına, doktorantların təqdim etdiyi elmi tədqiqatlara və digər göstəricilərə diqqət yetirirlər. Amma görünən odur ki, universitetlərin bir çoxu elmi və beynəlxalq jurnallarla əməkdaşlıqda sanki maraqlı deyil”.
Lamiyə Cənnətzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 Oktyabr 2026 09:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















