Icma.az
close
up
RU
Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? Sabiq nazir mühüm məqamları açdı

Dolların kursunda gözlənilməz dəyişiklik nə vəd edir? Sabiq nazir mühüm məqamları açdı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son aylar dolların kəskin bahalaşacağı, devalvasiya olacağı haqda bədbin proqnozlar verilirdi. Bunun fonunda qəfil dünyada şok yaradan xəbər yayıldı. Dollarım kursunda dəyişiklik olacağı, ucuzlaşdığı deyildi. 

Bunun səbəbi elə bu valyuta növünün mənsub olduğu ölkə – Amerika Birləşmiş Ştatları (ABŞ) ilə bağlı olduğu deyilir.

Bildirilir ki, Donald Trampın tarif siyasətini inkar etməsindən sonra ABŞ dolları ucuzlaşmağa başlayıb. Amerikada dolların ucuzlaşması Azərbaycanda müzakirələrə səbəb olub.

Maraqlıdır, bu, ölkədə devalvasiya narahatlığına və riskinə son qoydumu?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Tramp dəfələrlə Amerika istehsalını canlandırmaq və xarici malların idxalının qiymətini qaldırmaq niyyətini bəyan edib.

Onun sözlərinə görə, Donald Tramp Meksikadan idxal olunan məhsullara 25 faizdən 100 faizə qədər, Çində istehsal olunan mallara 60 faiz, digər ölkələrdən idxal olunacaq məhsullara isə 20 faiz rüsumun tətbiq ediləcəyini bəyan edib:

“Tramp aşağı tariflərin tətbiq ediləcəyi ölkələr sırasında Cənub-Şərqdə əsas üstünlüyü Vyetnama verir. O hesab edir ki, Vyetnam Çini müəyyən bir səviyyədə əvəzləmək üçün ən yaxşı seçimdir. ABŞ üçün Vyetnamı digər regional rəqiblərdən, o cümlədən Hindistandan fərqləndirən bir sıra üstünlükləri mövcuddur. Birpartiyalı avtoritar dövlət kimi Vyetnam biznesə daha əlverişli mühit yaratmaq üçün tənzimləmə siyasətini tez bir zamanda dəyişdirə bilir. Bundan əlavə, ölkənin coğrafi mövqeyi çox əlverişlidir. Dünyanın ən işlək 50 limanından üçü Vyetnamın ərazisində yerləşir. Digər tərəfdən isə Çin Vyetnamın əsas qonşusudur ki, bu da iki ölkə arasında ticarət və loqistikanı asanlaşdırir. Vyetnam Cənub-Şərqi Asiyada Sinqapurla birlikdə yeganə ölkədir ki, Avropa İttifaqı ilə azad ticarət razılaşması var”.

Fikrət Yusifov

Sabiq nazir deyib ki, Trampın tarif siyasəti ilə bağlı seçki öncəsi səsləndirdiyi təkliflərin hamısı real görünmür:

“Tramp gerçəkdən öz ölkəsinin iqtisadiyyatında yeni uğurlara imza atmaq istəyir və heç şübhəsiz ki, bir çox sahələrdə də uğur qazana biləcək. Ancaq onun seçki öncəsi neftin qiymətləri və tarif siyasəti ilə bağlı sələndirdiyi bəzi fikirlər bu gün dünyada baş verən iqtisadi proseslərə o qədər də uyğun deyil. Bu səbəbdən həmin təkliflərin hamısının olduğu kimi reallaşdırılması mümkün deyil. Dolların ucuzlaşmasına gəlincə isə Donald Tramp bunun tərəfdarı olub, lakin indi o buna nə qədər nail ola biləcək, bu, sualdır. Biz yaxın aylarda bunu görə biləcəyik. Güman edirəm ki, Tramp bu kursu davam etdirməkdən əl çəkən deyil. Ancaq dövrün reallıqları ona bu yolda nə qədər yardımçı ola biləcək – bunu indidən demək çətindir”.

Fikrət Yusifov deyib ki, 2025-ci ilin sonuna kimi, Azərbaycanda dollarla bağlı dəyişiklik olmayacaq:

“Azərbaycan manatına gəlincə isə, bizim milli valyutamız 2016-cı ilin əvvəlindən öz sabit kursunu qoruyub saxlayır. Bu müddət ərzində ABŞ dolları nə qədər bahalanıb ucuzlaşsa da, bunun manatın məzənnəsinə heç bir aidiyyəti olmadı. Çünki manatın məzənnəsini bazar deyil, Mərkəzi Bank tənzimləyir. İnanaq ki, milli valyutamızın məzənnəsində bu ilin sonuna qədər heç bir dəyişiklik baş verməyəcək”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri