Icma.az
close
up
RU
Donuz qripinin əlamətləri nədir?

Donuz qripinin əlamətləri nədir?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxmadan ölənlərin sayı 10 nəfərə çatıb.

Hazırda 130-a yaxın insan virusdan xəstəxanada müalicə alır. Hələlik ölkəmizdə donuz qripinə yoluxma halları qeydə alınmasa, yoluxma riski yüksək sayılır. Bu səbəbdən də Səhiyyə Nazirliyi müxtəlif profilaktiki tədbirlər görməkdədir.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin Medicina.az-a müsahibəsini təqdim edirik:

– Cəlal doktor, qripə yoluxma ehtimalı hansı halda daha yüksəkdir?
– Qrip virusları soyuğa çox davamlıdır. Havaların soyuması ilə virusların xarici mühitdə qalma ehtimalı çox olur. İnsanların da təmas ehtimalı artdığı üçün payız və qış aylarında insanlar daha çox qripə yoluxurlar.

Son günlər Gürcüstanda, Rusiyada, yaxın qonşularımızda “donuz qripi”nin yayılması barədə məlumatlar verilir. İnsanlarımız bu ölkələrə gedib-gəlirlər. Bu da belə virusların ölkəmizdə yayılması riskini yaradır. Hazırda ölkəmizdə epidemioloji vəziyyət yoxdur. Əvvəlki illərdə ölkəmizdə adi qriplər necə yayılmışdı, bu il də elə hallar var. Bunların hansı qrip virusları olduğunu da dəqiq deyə bilmərik. Çox güman ki, qonşu ölkədə “donuz qripi” varsa, bizim üçün də risk var.
Hazırda mənim çalışdığım Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzdə qrip virusu ilə xəstə yatmır, elə ağır xəstəmiz yoxdur.

– “Donuz qripi”nin hansı spesifik xüsusiyyəti var?

– Heç bir spesifik xüsusiyyəti yoxdur. Adi qriplərdə olduğu kimi eyni klinik əlamətlərə, gedişə malikdir. “Donuz qripi” əvvəllər yayılmış quş qripindən zəifdir.

– Tutaq ki, mən donuz qripinə yoluxsam, bunu necə hiss edə bilərəm?

– İlk gündən temperaturun olur, başın ağrıyır, zəiflik, halsızlıq, əzələ ağrıları olur. Bu xəstəliyin əlamətləri ilk gündən səni yatağa sala bilər. Xəstəliyin ikinci, üçüncü günündən zökəm əlamətləri olur. Burun tutulur, asqırırsan, burnumuzdan selikli ifrazat, gözümüzdən su axır.

Bu xəstəlikdə temperatur yüksək olan zaman insan yataq rejimində qalmalı, özbaşına müalicə qəbul etməməlidir. İnsanlar qrip olan zaman qaçıb antibiotik alır. Antibiotik qəbul etmək olmaz. Həkim nəzarətində verilən dərmanları qəbul etmək lazımdır. Qrip olan şəxs temperaturu ola-ola, xəstəlik davam edə-edə ətraf mühitdə gəzməməlidir. Birincisi, bu, insanın özünün sağlamlığı nöqteyi-nəzərindən vacibdir. Çünki bu halda ağırlaşmalar baş verə bilər. İnsan qrip zamanı gəzirsə, soyuq olursa, digər orqanlara bakterial infeksiyalar keçirsə, ağırlaşmalar baş verir. Ona görə də insanlar yataq rejimində olmaqla həm özlərini qoruyur, həm də ətrafda olan insanları qorumuş olur.

Əgər xəstələnmişiksə, bir yana getmək məcburiyyətindəyiksə, ən azı tibbi maskadan istifadə etməliyik. Yaxud sağlamıqsa, tutaq ki, qripə yoluxma ehtimalının olduğu hər hansı xəstəxanaya getmişiksə, tibbi maskadan istifadə etməliyik. Eyni zamanda qidalanmağımıza yaxşı diqqət yetirməliyik.

– Qidalanma xəstəlikdən qorunmaqda nə dərəcədə rol oynayır?

– Xəstələnməyin bir səbəbi də orqanizmin immun sisteminin zəif olmasıdır. İmmun sistemi zəif olan insanlar qripi, başqa xəstəlikləri ağır keçirir. İmmun sistemimizi gücləndirmək üçün də qidalanmağımıza fikir verməliyik. Daha çox açıq havada olmalı, streslərdən qaçmalıyıq, yuxumuz normal olmalıdır. Bütün bunlara əməl etsək, qripə yoluxsaq belə, yüngül keçirərik.

– Hansı qidalardan daha çox istifadə edilməlidir?

– Daha çox təbii qidalardan istifadə edilməlidir. Yəni meyvə-tərəvəzdən, göy-göyərtidən daha çox istifadə edilməlidir. Bu qidalar minerallarla, vitaminlərlə zəngidir. Məsələn, məsləhət görərdim ki, qışda soğandan, sarımsaqdan daha çox istifadə edilsin. Soğan və sarımsaq tək qrip yox, digər bakteriyalar əleyhinə də yaxşı təsirə malikdir. Bitki çaylarından daha çox istifadə edilməsi də məsləhətdir. İnsanlar normal qidalanmalı, yağlı, piyli, o cümlədən süni qidalardan uzaq gəzməlidir. Süni qidalar dedikdə yarımfabrikatları nəzərdə tuturam. Kolbasa məmulatlarından da uzaq olmaq lazımdır. Eyni zamanda “Pepsi”, “Cola, “Fanta” kimi qazlı, şirəli, müxtəlif qarışıqlara malik məhsullardan uzaq olsunlar.

– Ümumiyyətlə, “donuz qripi” insan həyatı üçün nə dərəcədə təhlükəlidir?

– Əgər diqqət yetirməsək, nəzarət etməsək, istənilən xəstəlik bizim üçün təhlükəlidir. Nəzarət olunan xəstəlik elə bir təhlükə törətmir. Qripin də ölüm faizi aşağıdır. Qripdən ölüm 4 faiz, bəzi müəlliflərə görə isə 6 faiz olur. Yəni qripin müxtəlif klinik formaları var. Ağır gedişat daha çox körpə uşaqlarda, bir də 60-dan çox yaşı olan insanlarda özünü büruzə verir. Yaşlı insanlarda ürək-damar sistemində müxtəlif pozğunluqlar meydana çıxır. Qripin də ən çox təsir etdiyi ürək-damar sistemidir. Körpələrin immun sistemi zəif, hələ tam formalaşmamış olur. Ona görə də xəstəliyi ağır keçirir.

Xroniki xəstəliyi olan insanlar da qripi ağır keçirir. Bu sadaladığım 3 qrup əsas risk qrupudur. Belə insanlar özlərini qripdən daha çox qorumalıdırlar.

Qrip viruslarının A, B və C kimi tipləri var. “Donuz qripi”, “quş qripi” A virusunun variantlarıdır, sadəcə, ştampları dəyişir. Hansı ştampa yoluxursansa yolux, klinik gedişi eynidir. Müəyyən yeni ştamplar meydana çıxanda xəstəlik nisbətən ağır keçir.

Ümumiyyətlə, qripə barmaqarası baxmaq olmaz. Keçən əsrin əvvəllərində İspan virusu 50 milyona qədər insanın həyatına son qoyub.

– “Donuz qripi” ilə bağlı ölkədə aparılan hazırlıq işləri hansı səviyyədədir?

– Bu işlər həmişə diqqət mərkəzində saxlanılır. Hazırda donuz qripi yayılmayıb. Əgər yayılma halı olarsa, lazım gəlsə, məktəblərdə tədris müvəqqəti dayandırıla, müəyyən məhdudiyyətlər də qoyula bilər. Qriplə bağlı hazırlıqlar kampaniya xarakteri daşımır. Hər zaman Səhiyyə Nazirliyi hazırlıq tədbirlərini görür, tapşırıqlar verir, həkimlərə treninqlər təşkil edir. Elə mətbuatın xəbərləri özü də əhalinin maarifləndirilməsi baxımından önəmlidir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri