Icma.az
close
up
RU
Pis müəllim və pis şagird yoxdur, pis təhsil sistemi və səriştəsiz idarəetmə var İlham Əhmədov

Pis müəllim və pis şagird yoxdur, pis təhsil sistemi və səriştəsiz idarəetmə var İlham Əhmədov

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Təhsil nazirinin səsləndirdiyi “əgər şagird oxumursa, müəllimə niyə maaş verilməlidir?” fikri ilk baxışda qeyri-adi səslənsə də, əslində Azərbaycan təhsil sistemindəki dərin struktur və idarəetmə böhranını açıq şəkildə ortaya qoyur. Bu sual problemi həll etmir, əksinə məsuliyyəti sistemdən fərdin üzərinə ötürən təhlükəli yanaşmanı legitimləşdirir. Bu, təhsil menecerlərinin köhnə metodudur; əvvəllər də belə cəhdlər olub".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti, dosent İlham Əhmədov elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi “əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?” fikrindən danışarkən bildirdi.

"Bəs şagird niyə oxumur, bu vəziyyəti kimlər yaradıb? Bu problemin kökündə məmurların tərsinə qurulmuş təhsil sistemi dayanır. Şagirdin oxumaması nə müəllimin iradəsizliyinin, nə də şagirdin tənbəlliyinin nəticəsidir. Bu, illərdir tərsinə qurulan təhsil sisteminin acı nəticəsidir. Azərbaycan təhsilində islahatlar uzun müddətdir ki, fəlsəfi əsasdan, elmi təminatdan, konseptual modeldən və uzunmüddətli strateji baxışdan məhrum şəkildə həyata keçirilir. Nəticədə təhsil sistemi mexaniki və səthi qərarlarla, situativ və mənasız layihələrlə, hesabat yönümlü idarəetmə ilə idarə olunur".

Dosentin sözlərinə görə, son 20-25 ildə təhsil sistemində bir sıra problemlər öz həllini tapmayıb:

"Qüsurlu kadr siyasəti, səmərəsiz maliyyə bölgüsü, keyfiyyətsiz və elmi əsasdan uzaq tədris proqramları, metodik baxımdan zəif dərsliklər, müəllim hazırlığının formal xarakteri, ixtisasartırma və təkmilləşdirmə sisteminin səmərəsizliyi, faydasız təlimlər və nəticəsiz qrant layihələri. Bu problemlər illərdir mütəxəssislər, alimlər və müəllimlər tərəfindən yazılıb, təhlil edilib, ictimaiyyətə çatdırılıb, lakin bu xəbərdarlıqlar təhsil menecerlərinin qərarlarına təsir etməyib. Nazirin səsləndirdiyi indiki və əvvəlki açıqlamaları göstərir ki, Elm və Təhsil Nazirliyinin təhsilin inkişafı ilə bağlı heç bir real strategiyası, icra planı, elmi əsaslandırılmış yol xəritəsi yoxdur. Problemlər səsləndirilir, lakin onların həlli ilə bağlı konseptual ideyalar təqdim olunmur. Təklif edilən ideyalara isə ya məhəl qoyulmur, ya da imitasiya səviyyəsində saxlanılır. Belə bəyanatlar çox zaman əsas problemlərdən diqqəti yayındırmağa xidmət edir".

Ekspert qeyd etdi ki, son illərdə ETN-in elm və təhsilə yanaşmasında alim və müəllim məntiqindən çox, mühasib və biznes yanaşması hiss olunur:

"Təhsil insan yetişdirmə sistemi olmaqdan çıxarılıb, xərc-gəlir balansına endirilir. Bu isə müəllimin nüfuzuna zərbə vurur, peşəkar motivasiyanı azaldır, təhsilin humanist mahiyyətini məhv edir. Pis müəllim, pis şagird yoxdur. Bu kontekstdə aydın bir həqiqət var: pis müəllim və pis şagird yoxdur, pis təhsil sistemi və səriştəsiz idarəetmə var. Müəllim istəsə belə, qüsurlu proqramlar, zəif dərsliklər, formal təlimlər və yanlış idarəetmə şəraitində yüksək nəticə əldə edə bilməz.

Məsuliyyət kimindir? Əgər təhsil sistemimiz illər ərzində səmərəsiz, məsuliyyətsiz fəaliyyət göstəribsə, nəticədə təhsil böhrana düşübsə, sonda “şagird oxumursa, müəllimə niyə maaş verilməlidir” kimi sual yaranırsa, onda “ETN pis işləyirsə, onun əməkdaşlarına niyə maaş verilməlidir?” kimi əks sual da yaranır. İslahatlara, layihələrə, qrantlara xərclənən milyonlara, itirilmiş illərə və məhv edilən potensiala görə çox heyf.

Əsas sual açıq qalır: bu israfçılığa, tərsinə qurulan təhsil sisteminə görə kimsə cavabdehdirmi? Elm və təhsilə real dəyər verməyən, nəticə istehsal etməyən, amma resurs xərcləyən belə bir quruma və onun səriştəsiz menecerlərinə doğrudanmı ehtiyac var? Bu suallar cavablandırılmadan, qərarlar verilmədən, təhsildə nə keyfiyyət, nə də inkişaf mümkün olacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri