Dövlət Departamenti BMT nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"BMT Baş Assambleyasının (BA) düşmənçilik xarakterli qətnamələri Ukraynadakı münaqişənin tənzimlənməsinə kömək etmir".
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "Breitbart News" portalına müsahibəsində deyib.
O, fevralın 24-də Baş Assambleyada keçirilən səsverməni şərh edib və bildirib ki, ABŞ Kiyevi öz tərəfinə cəlb etməyə çalışıb, lakin Ukrayna buna razı olmayıb və öz qətnamə layihəsini irəli sürmək istəyib.
"Bundan sonra biz öz təklifimizlə Təhlükəsizlik Şurasına müraciət etdik. Məncə, bu təklif çox ədalətli ifadələr ehtiva edirdi və mahiyyət etibarilə müharibənin pis olduğunu bildirirdi. İndi mən mətni təkrar ifadə edirəm və sadələşdirirəm, amma orada həqiqətən də müharibənin pis olduğu, çox sayda insanın həlak olduğu və müharibəyə son qoyulmalı olduğu qeyd edilir", - deyə Rubio vurğulayıb.
Onun sözlərinə görə, ABŞ bu addımları ilə BMT-yə onun vəzifəsinin münaqişələrin tənzimlənməsini çətinləşdirmək deyil, müharibələri bitirmək və münaqişələrin qarşısını almaq olduğunu xatırlatmaq istəyir.
Xatırladaq ki, Baş Assambleyada səsvermə iki qətnamə üzrə keçirilib. Birini Kiyev hakimiyyəti bir sıra Avropa ölkələri ilə birgə hazırlayıb və bu, anti-Rusiya xarakteri daşıyır, digərini isə Vaşinqton daha neytral tonda təklif edib. Hər iki qətnamə Baş Assambleya tərəfindən qəbul olunub, lakin bəzi Aİ ölkələri ABŞ sənədinə anti-Rusiya düzəlişləri əlavə edib, bundan sonra ABŞ səsvermədə bitərəf qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 25 Fevral 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















