Dövlət Departamenti İranda 19 yaşlı gəncin edama məhkum edilməsinə etiraz ETDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Dövlət Departamenti İranda 19 yaşlı gəncin edama məhkum edilməsini qınayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin “X”də farsdilli səhifəsində qeyd olunub.
“19 yaşlı Əmirhüseyn Qadirzadənin dinc etiraza çıxdığına görə edama məhkum edilməsi İran rejiminin öz xalqının səsini boğmaq üçün nə qədər irəli getdiyini göstərir. Əhalisinin təqribən 50%-i 30 yaşdan aşağı olan bir ölkədə rejim öz cavanlarını edam etməyi onları dinləməkdən üstün tutur. Öz cavanlarına rəhm etməyən rejim bir şeyi aşkar formada göstərir: İranda heç kim bu rejimin zorakılığından sığortalanmayıb. Biz İran rəsmilərindən təcili surətdə Əmirhüseyn Qadirzadənin edam hökmünü dayandırmağı, dinc etiraza çıxdıqlarına görə həbs olunan bütün insanların azadlığa buraxılmasını və İran xalqının fundamental haqlarına riayət edilməsini istəyirik”, - Dövlət Departamenti bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 21 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















