Azərbaycanlı tədqiqatçıların insan genomu ilə bağlı elmi işi “Nature Communications” jurnalında dərc olunub
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bioinformatika sahəsində tədqiqatçı Elbəy Əliyevin və Maastrixt Universitetində tədqiqatçı kimi çalışan Tağı Əliyevin birgə hazırladıqları elmi məqalə “Nature Communications” jurnalında dərc olunub.
Bu, Elbəy Əliyevin “Nature” nəşrlər ailəsində çap olunan üçüncü elmi işidir və ilk dəfə olaraq onun əsas müəllif (main author) qismində təqdim olunduğu araşdırmadır. Qeyd olunmalıdır ki, “Nature” jurnal ailəsində yer alan məqalələr yalnız yüksək elmi dəyərə və qlobal əhəmiyyətə malik tədqiqatlar arasından seçilir. Araşdırma insan DNT-sində baş verən irihəcmli struktur dəyişikliklərinin genlərin fəaliyyəti və sağlamlıq göstəricilərinə təsirini əhatə edir. Tədqiqat zamanı Qətərdə yaşayan 6 min 141 nəfərin tam genom məlumatları təhlil edilib və əldə olunan nəticələr klinik göstəricilər, o cümlədən laborator analizlər və tibbi qeydlərlə əlaqələndirilib.
Araşdırma sübut edib ki, DNT-nin böyük seqmentlərini əhatə edən silinmə, çoxalma və struktur yerdəyişmələri sidik turşusu səviyyəsi, qaraciyər və böyrək funksiyaları, maddələr mübadiləsi və bədən çəkisi kimi mühüm tibbi göstəricilərlə birbaşa bağlıdır. Eyni zamanda, nəticələr göstərir ki, təxminən hər 30 nəfərdən biri erkən diaqnostika aparıldığı halda qarşısı alına bilən ciddi xəstəlik riski daşıyır.
Mütəxəssislər bildirirlər ki, bu tədqiqat genetik araşdırmalarda uzun müddətdir mövcud olan regional balanssızlığın aradan qaldırılmasına töhfə verir və Yaxın Şərq kimi az öyrənilmiş əhali qrupları üçün daha dəqiq tibbi yanaşmaların əsasını qoyur.
Qeyd edək ki, Elbəy Əliyev Bakıda anadan olub, Bakı Dövlət Universitetini bitirib. O, hazırda ABŞ-da Boulder Kolorado Universitetində Biotibbi informatika departamentində fəaliyyət göstərir. Bu elmi nailiyyət Azərbaycan alimlərinin beynəlxalq səviyyədə uğurla təmsil olunduğunu bir daha nümayiş etdirir (AZƏRTAC).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 Yanvar 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















