Dövlət Ehtiyatları Agentliyində investisiya vəsaitləri ilə bağlı nöqsanlar aşkarlanıb
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğu ilə bağlı uyğunluq auditi aparıb.
"Cebheinfo.az" bu barədə Palatanın hesabatına istinadən xəbər verir.
Audit zamanı müəyyən edilib ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına 2 ədəd lokomotivin alınması üçün ayrılmış 1 milyon manat, eləcə də taxıl elevatorları kompleksinin əsaslı təmiri üçün nəzərdə tutulan 200 min manat vəsaitin uçotu müvafiq qaydada aparılmayıb.
Belə ki, 2023-cü ilin sonuna qədər lokomotivlərin alınması üzrə 822 min 184 manat, əlavə olaraq 44 min 250 manat texniki yoxlama və rəyin alınmasına xərclənib. Lakin bu məbləğlər Nazirlər Kabinetinin 22 oktyabr 2010-cu il tarixli qərarının tələblərinə uyğun olaraq Agentliyin nizamnamə fonduna aid edilməyib.
Hesablama Palatasının tövsiyələrinə baxmayaraq, aşkar edilmiş nöqsanların aradan qaldırılması bu günə qədər təmin edilməyib və məsələ üzrə izlənilməsi davam edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 13 Yanvar 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















